Gündəm
Fuad Muradov: "İslam Oyunları Azərbaycanın gücü və nüfuzunu göstərdi"
“Hesab edirəm ki, IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələrinin birlik və həmrəyliyinə böyük töhfələr verdi”. Bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri, deputat Fuad Muradov deyib.
Britaniyanın iki şirkəti Azərbaycandakı filialını bağladı
Böyük Britaniyanın iki şirkəti Azərbaycanı tərk edib. Bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir. Bildirilir ki, "Lloyd`s Register Inspection Limited" şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.
ABŞ Azərbaycana və Ermənistana maliyyə yardımını azaltdı
ABŞ Prezidenti Administrasiyası Konqres qarşısında 2018-ci maliyyə ilində öz büdcə tövsiyələrini açıqlayıb. Administrasiyanın büdcəsinə əsasən, Ermənistana yardım 67 faiz - 20,4 milyon dollardan 6,8 milyon dollaradək azaldılacaq.
Daha bir qadın alverçisi məhkəmə qarşısına çıxarılır
Bakı Ağır Cinayətlər Məhkəməsində Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesə hakim Samir Əliyev sədrlik edib. Təqsirləndirilən şəxsin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib.
Tramp: "Kim Çen In nüvə silahı olan dəlidir
ABŞ prezidenti Donald Tramp Filippin prezidenti Rodriqo Duterte ilə telefon söhbəti zamanı Şimali Koreya lideri Kim Çen Inı "nüvə silahı olan dəli" adlandırıb. Telefon söhbəti əsnasında iki prezident Şimali Koreya ilə bağlı vəziyyətin həll edilməsi mövzusunda danışıblar. Söhbət zamanı D.Tramp Şimali Koreyanın son raket sınaqlarının uğursuz olmasından məmnun olduğunu da gizlətməyərək bildirib ki, "bu yaxşı xəbərdir".
Samvel Babayanın işi böyüyür
Ermənistanda səs-küylü "İqla" işinə görə 3 aydır həbsdə olan Samvel Babayanın həbs müddətinin uzadılması haqda qərar etiraz doğurub. Qərardan apelyasiya şikayəti verilib.
Samir Şərifovun Qazaxıstan Milli Bankının başçısı ilə mübahisəsi
Ötən gün Böyük Britaniyanın paytaxtı Londonda Qazaxıstan Milli Bankının sədri Daniyar Akişev və Azərbaycanın maliyyə naziri Samir Şərifov arasında danışıqlar olub.
Azərbaycan-Rumıniya Universitetlərarası Forumu keçirilir
Mayın 24-də “ADA” Universitetində Azərbaycan-Rumıniya Universitetlərarası Forumu işə başlayıb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, forumda iştirak etmək üçün Rumıniya təhsil nazirinin müavini Qiqel Paraşivin rəhbərliyi ilə Rumıniya Təhsil Nazirliyinin rəsmiləri, 10 ali təhsil müəssisəsinin rəhbər şəxsləri və səlahiyyətli nümayəndələri ölkəmizə səfər edib. Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə keçirilən foruma Azərbaycanın 16 ali təhsil müəssisəsinin rəhbərləri və nümayəndələri qatılıb.
Təyyarədə qorxulu anlar
Ötən gün Türkiyənin Diyarbəkir - İstanbul təyyarəsinin sərnişinləri havada dəhşətli anlar yaşayıblar. Axşam saatlarında Diyrabəkirdən İstanbul istiqamətində uçan təyyarədə bir şəxs təyyarənin ayaqyolunda bonzai narkotik həbini qəbul edərək salondaki sərnişinlərə hücum edib. Sərnişinlərqorxulu anlar yaşayıb. Xoşbəxtlikdən qısa zaman ərzində narkotik qəbul edən gənc ekipaj üzvləri və bəzi sərnişinlər tərəfindən zərərsizləşdilib. Təyyarə təcili olaraq Anakara Esenboğa hava limanına enib və asayişi pozan şəxs polisə təhvil verilib. Sonda təyyarə iki saatlıq gecikmə ilə İstanbula uçub.
Gənclərin sahibkarlıq təşəbbüslərinə dəstək verilir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Ucar və Sabirabad rayonlarında “İdeyanı biznesə çevir – gənclərin kənd təsərrüfatı sahəsində sahibkarlıq təşəbbüslərinin artırılması” layihəsi icra olunub.
İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir
Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının mütəşəkkil səviyyədə təşkili təkcə müsəlman ölkələrində deyil, eləcə də Avropa ölkələrinin mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Sözügedən oyunların möhtəşəmliyi Azərbaycanın idman ölkəsinə çevrildiyini və belə beynəlxalq tədbirlərin keçirilməsi üçün kifayət qədər təcrübəsinin olmasını deməyə əsas verir.
Oruc insanı haram və günahdan uzaqlaşdırır
Artıq müqəddəs Ramazan ayının başlamasına sayılı günlər qalıb. Artıq bir neçə ildir ki, Ramazan ayı ilin isti fəsillərinə təsadüf edir və oruc tutan mömin insanlar havaların isti olması səbəbindən bir sıra problemlərlə rastlaşırlar. Bütün bunlara rəğmən müsbət qeyd edilməli məqam ondan ibarətdir ki, oruc tutan insanların sayı ildən-ilə artır. Amma bəzi hallarda qeyri-sağlam düşünən insanlar Ramazan ayında oruc tutmağın hər hansı mənasının olmadığını iddia edir. Yaxud sual olunur ki, müsəlmanlar səhərdən axşama qədər ac-susuz qalmaqla nə əldə edəcəklər?
Peşə təhsili milli iqtisadiyyatın inkişafında önəmli rol oynayır
Son illər müşahidə edilən müsbət tendensiyalardan biri də ondan ibarətdir ki, ölkədə peşə təhsilinin inkişafı yeni bir mərhələyə qədəm qoyub. Xüsusilə, Prezident İlham Əliyevin bir müddət əvvəl keçirdiyi müşavirədə peşəyönümlü kadrların hazırlanması barədə verdiyi tövsiyyələrdən sonra bu istiqamətdə ciddi addımlar atılmağa başlanılıb. Artıq Təhsil Nazirliyinin tərkibində bu sahə ilə bağlı yeni bir agnetlik də yaradılıb. Görülən tədbirlər tezliklə ölkədə peşə təhsilinin əsaslı şəkildə inkişaf edəcəyini söyləməyə əsas verir.
Ermənilər dünya ictimaiyyətini çaşdırmaq yolu tutublar
Ermənistan mətbuatı son vaxtlar erməni soyadlı şəxslərin Bakı Beynəlxalq Hava Limanından geri deportasiya olunması ilə bağlı məlumatlar yaymaqdadır. Erməni KİV-ləri iddia edir ki, Bakıya gələnlər Ermənistan vətəndaşları olmadıqları halda soyadlarının sonundakı “yan” şəkilçisinə görə ölkəyə buraxılmayıblar. Hətta bu cür hallarla bağlı heç bir dəlilə-sübuta söykənməyən bəzi nümunələr də gətirirlər. Belə ki, guya Rusiya vətəndaşı olan Viktoriya Aqoyanın bir müddət əvvəl soyadına görə Bakı Hava Limanından ölkəyə girişinə icazə verilməyib.
Daha bir “Cek Pot”- 78 min 715 manat məbləğində uduş qeydə alındı
“Azərlotereya” ASC-nintəşkil etdiyi “5/36” lotereyasının 23 may tirajında daha bir “Cek Pot” uduşu qeydə alındı! 500539 nömrəli lotereya biletinin sahibi olanhəmvətənimiz 78 min 715 manat qazandı. Diqqətəlayiq bir haldır ki,“6/40” lotereyasının 25 aprel tirajında 125 min 380 manat məbləğində “Cek Pot” uduşundan heç bir ay keçməyib.














