Ermənilər dünya ictimaiyyətini çaşdırmaq yolu tutublar
Ermənistan mətbuatı son vaxtlar erməni soyadlı şəxslərin Bakı Beynəlxalq Hava Limanından geri deportasiya olunması ilə bağlı məlumatlar yaymaqdadır. Erməni KİV-ləri iddia edir ki, Bakıya gələnlər Ermənistan vətəndaşları olmadıqları halda soyadlarının sonundakı “yan” şəkilçisinə görə ölkəyə buraxılmayıblar. Hətta bu cür hallarla bağlı heç bir dəlilə-sübuta söykənməyən bəzi nümunələr də gətirirlər. Belə ki, guya Rusiya vətəndaşı olan Viktoriya Aqoyanın bir müddət əvvəl soyadına görə Bakı Hava Limanından ölkəyə girişinə icazə verilməyib.
24 May 2017 14:22 İqtisadiyyatDüşmən ölkə Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə çalışır
Ermənistan mətbuatı son vaxtlar erməni soyadlı şəxslərin Bakı Beynəlxalq Hava Limanından geri deportasiya olunması ilə bağlı məlumatlar yaymaqdadır. Erməni KİV-ləri iddia edir ki, Bakıya gələnlər Ermənistan vətəndaşları olmadıqları halda soyadlarının sonundakı "yan" şəkilçisinə görə ölkəyə buraxılmayıblar. Hətta bu cür hallarla bağlı heç bir dəlilə-sübuta söykənməyən bəzi nümunələr də gətirirlər. Belə ki, guya Rusiya vətəndaşı olan Viktoriya Aqoyanın bir müddət əvvəl soyadına görə Bakı Hava Limanından ölkəyə girişinə icazə verilməyib. Ermənilər bu cür məlumatlar yaymaqla öz aləmlərində Azərbaycan dövlətinin beynəlxalq hüquq normalarını pozduğunu əsaslandırmağa çalışırlar.

Hüquq müdafiəçisi Sahib Məmmədov hesab edir ki, tarixdə düşmən ölkə təbəqələrinə münasibətdə müəyyən məhdudiyyətlər tətbiq oluna bilər: "Müharibə qanunlarının bəziləri qismən tənzimlənir. Müharibə ənənəsinə görə, müharibə edən dövlətlərin etnik mənsubiyyətə görə bəzi şəxslərə məhdudiyyət qoyması praktikası geniş yayılıb. Məsələn, ikinci dünya müharibəsi zamanı ABŞ öz vətəndaşları olan yaponları cəmiyyətdən təcrid edərək onlar üçün ABŞ ərazisində xüsusi düşərgələr yaratmışdı. Bu, yaxın tarixdə baş verən nümunədir. Tarixin əvvəlki dövrlərində də buna bənzər hallar yaşanıb. Beynəlxalq Əmək Təşkilatının sənədlərində də qeyd olunur ki, milli mənsubiyyəti düşmən dövlətin xalqına məxsus olan şəxslərin bəzi iş yerlərinə buraxılmaması ayrıseçkilik sayılmır. Bütün bunlar təhlükəsizlik tədbiri kimi dövlət tərəfindən atılan addımlardır". Sahib Məmmədov vurğulayıb ki, xarici ölkə vətəndaşlarını Azərbaycana girişinə məhdudiyyətin qoyulub-qoyulmaması dövlətimizin müstəsna səlahiyyətlərinə aiddir və Azərbaycan buna görə izahat təqdim etməyə borclu deyil: "Erməni mənşəli şəxslərin daha ciddi yoxlanılması, yaxud da onlara qarşı hansısa ciddi məhdudiyyətlərin tətbiq olunması beynəlxalq hüququn prinsiplərinə zidd deyildir. Çünki Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Lakin bütün bu hallar nə yerli qanunvericilik, nə də beynəlxalq hüquq normaları ilə tənzimlənmir. Başqa bir ölkənin vətəndaşı olan erməni mənşəli şəxsin Azərbaycana daxil olub-olmaması ilə bağlı qərar dövlətimizin müstəsna səlahiyyətlərinə aid edilir. Yəni hər hansı bir şəxsi ölkəyə buraxmamaq səlahiyyəti dövlətin suveren hüququdur və dövlət bununla bağlı izahat verməyə borclu deyil. İstənilən dövlət bu məsələdə suveren hüquqlara sahibdir. Minlərlə azərbaycanlıya viza verilməməsi halları mövcuddur". Hüquq müdafiəçisi bildirib ki, Azərbaycan dövləti təkcə erməni yox, digər xalqların nümayəndələrini ölkəyə buraxmaya bilər və bu, heç bir beynəlxalq normaya zidd deyildir: "Bu baxımdan erməni mənşəli şəxsləri ölkəyə buraxmadığına görə izahat verməyə borclu deyil və bu, beynəlxalq öhdəliklərdən geri çəkilmək sayıla bilməz. Azərbaycan dövləti öz təhlükəsizliyi üçün bu addımları atır". Sahib Məmmədov onu da qeyd etdi ki, bizim praktikamızda Ermənistan vətəndaşlarının ölkəyə buraxılması halları mövcuddur: "Ermənilər dəfələrlə beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının Azərbaycandakı konfranslarına, tədbirlərinə qatılıblar. Onların içərisində Ermənistan vətəndaşları olanlar da var, erməni əsilli başqa ölkə vətəndaşları da. Hazırda da bu proses davam etməkdədir. Erməninstan məbtuatının yersiz iddialarına əks arqument kimi bildirək ki, bu gün Azərabycana girişinə məhdudiyyət qoyulan ermənilərlə yanaşı, rahat şəkildə ölkəmizdə fəaliyyət göstərən Ermənistan vətəndaşları də mövcuddur. Buraya Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və "Meridian" Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyanı aid edə bilərik.Yuxarıda adını çəkdiyim Vaan Martirosyan və Suzan Caginyan hazırda heç bir ayrıseçkiliyə və təzyiqə məruz qalmadan Azərbaycanda jurnalistika fəaliyyəti ilə məşğuldurlar. Onlar "haqqin.az" saytının əməkdaşlarıdır".
Nurlan