Gənclərin sahibkarlıq təşəbbüslərinə dəstək verilir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Ucar və Sabirabad rayonlarında “İdeyanı biznesə çevir – gənclərin kənd təsərrüfatı sahəsində sahibkarlıq təşəbbüslərinin artırılması” layihəsi icra olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Ucar və Sabirabad rayonlarında "İdeyanı biznesə çevir - gənclərin kənd təsərrüfatı sahəsində sahibkarlıq təşəbbüslərinin artırılması" layihəsi icra olunub. "OLAYLAR"-a daxil olan məlumata görə, layihənin məqsədi region gənclərinin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinə başlamaq üçün zəruri olan bilik və bacarıqlara, müasir biznes idarəçiliyi vərdişlərinə yiyələnməsinə kömək etməklə onların kiçik biznes quruculuğuna həvəsləndirilməsi və kənd təsərrüfatının inkişafında rolunun artırılması olub. Layihə çərçivəsində iştirakçı gənclərə "biznesə necə başlamalı", biznes idarəçiliyi mövzusunda təlimlər keçrilmiş, onlara "biznes plan, onun hazırlanma qaydası", innovativ biznes ideyalar, Startap layihələr, Biznes inkubatorlar və onların təklif etdiyi xidmətlər haqqında məlumatlar verilib. Təlimlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünə məşğulluq dövlət proqramının biznes üzrə təlimçisi, biznes konsultant Orxan Şahbazov tərəfindən aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31