Samvel Babayanın işi böyüyür
Ermənistanda səs-küylü "İqla" işinə görə 3 aydır həbsdə olan Samvel Babayanın həbs müddətinin uzadılması haqda qərar etiraz doğurub. Qərardan apelyasiya şikayəti verilib.
24 May 2017 14:44 DünyaErmənistanda səs-küylü "İqla" işinə görə 3 aydır həbsdə olan Samvel Babayanın həbs müddətinin uzadılması haqda qərar etiraz doğurub. Qərardan apelyasiya şikayəti verilib.
Bu barədə "Haykakan Jamanak"a Babayanın vəkili Aveds Kalaşyan bildirib. Vəkil deyib ki, Apelyasiya Məhkəməsindən Babayanın azadlığa buraxılması tələb edilir. Vəkil hazırda cinayət işi üzrə yeni məlumatın olmadığını qeyd edib. Onun sözlərinə görə, Babayanın sağlıq durumu normaldır.
Xatırladaq ki, Samvel Babayan martın 20-da Ermənistana "İqla" zenit raket kompleksinin gətirilməsi faktına görə ittiham edilərək həbs olunub. Azvision.az