Peşə təhsili milli iqtisadiyyatın inkişafında önəmli rol oynayır
Son illər müşahidə edilən müsbət tendensiyalardan biri də ondan ibarətdir ki, ölkədə peşə təhsilinin inkişafı yeni bir mərhələyə qədəm qoyub. Xüsusilə, Prezident İlham Əliyevin bir müddət əvvəl keçirdiyi müşavirədə peşəyönümlü kadrların hazırlanması barədə verdiyi tövsiyyələrdən sonra bu istiqamətdə ciddi addımlar atılmağa başlanılıb. Artıq Təhsil Nazirliyinin tərkibində bu sahə ilə bağlı yeni bir agnetlik də yaradılıb. Görülən tədbirlər tezliklə ölkədə peşə təhsilinin əsaslı şəkildə inkişaf edəcəyini söyləməyə əsas verir.
24 May 2017 14:25 SosialBu həm də dövlət təhsil siyasətinin başlıca prioritet istiqamətlərindəndir
Son illər müşahidə edilən müsbət tendensiyalardan biri də ondan ibarətdir ki, ölkədə peşə təhsilinin inkişafı yeni bir mərhələyə qədəm qoyub. Xüsusilə, Prezident İlham Əliyevin bir müddət əvvəl keçirdiyi müşavirədə peşəyönümlü kadrların hazırlanması barədə verdiyi tövsiyyələrdən sonra bu istiqamətdə ciddi addımlar atılmağa başlanılıb. Artıq Təhsil Nazirliyinin tərkibində bu sahə ilə bağlı yeni bir agnetlik də yaradılıb. Görülən tədbirlər tezliklə ölkədə peşə təhsilinin əsaslı şəkildə inkişaf edəcəyini söyləməyə əsas verir.

Millət vəkili Sona Əliyeva da deyir ki, peşə təhsili sisteminin gücləndirilməsi istiqamətində işlər aparılır. Ancaq parlamentari onu da bildirir ki, bu yöndə hələ xeyli işlər görülməlidir: "Keçən il Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu sahənin inkişafı istiqamətində atılmış ən önəmli addım idi. Eləcə də, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" 5 strateji hədəfdən və 9 prioritetdən ibarət olmaqla, 2020-ci ilədək strateji baxış ölkədə əmək bazarının tələblərinə cavab verən mühəndis-pedaqoji heyətə, yenilənmiş təhsil proqramlarına və peşə standartlarına malik pilot və optimallaşdırılmış peşə təhsili müəssisələrindən ibarət peşə təhsili və təlimi sisteminin formalaşdırılmasını hədəfləyir. Bu onu göstərir ki, təhsilin bu pilləsi milli iqtisadiyyatın inkişafında önəmli olmaqla, dövlət təhsil siyasətinin başlıca prioritet istiqamətlərindəndir. Bu kimi sənədlərin imzalanması gələcək perspektivləri aydınlatsa da, peşə təhsili pilləsi üzrə keyfiyyətli təhsil və təlimin verilməısi istiqamətində hələ qarşıda qarşıda çox işlər durur.
Peşə təhsilinin əsas məqsədi hər gün dəyişən iş dünyasının bacarıqlı peşə faliyyətinə uyğun peşə bacarıqları, bilik və hazırlıq səviyyəsi formalaşdırmaqdır. Peşə təhsilinin əsas mərhələsi isə lazımi iş təcrübəsinin qazanılması məqsədilə aparılan təlim və təhsildir. Ona görə də, yeniyetmə və gənclərə peşə sirrlərini məhz təcrübü sahədə öyrətmək lazımdır. Nəzəri biliklər həyata keçməyəndə unudulur. Mövcud peşə təhsili müəssislərində isə maddi texniki baza zəifdir və yenidən qurulmasına ehtiyac vardır. Gələcəkdə özəl sektor və bu kimi təhsil müəssisələrinin birlikdə fəaliyyətini əlaqələndirməklə mühüm müsbət nəticələr əldə etmək olar. Digər tərəfdən, bizdə nəzəri bilikləri aşılayan vəsaitlər, çap materialları da azdır. Bu sahədə hazırlanmış müasir təhsil proqramlarına uyğun yeni alternativ vəsaitlərin hazırlanması vacib məqamlardan biridir. Sonda onu deyim ki, bu sahənin inkişafı üçün prioritetlər müəyyən olunub, dövlət dəstəyi yüksək səviyyədədəir, deməli yaxın gələcəkdə təhsilin bu səviyyəsi üzrə yüksək nəaliyyətlər olacaq.
Qanun layihəsinə gəldikdə isə, layihə bu sahədə mövcud olan normativ-hüquqi bazanın daha da tkmilləşdirilməsinə və daha nükəmməl kompleks sənədin hazırlanmasına xidmət edir. Qanun layihəsində peşə təhsilinin keyfiyyətinə qoyulan tələblər, rasionallaşdırılmış və optimallaşdırılmış peşə-ixtisas şəbəkəsinin qurulmasına yönəlik və maliyyələşdirilmısinə dair hüquqi tənzimləmələr, yerli özəl-dövlət və beynəlxalq tərəfadaşlıq və s. digər bir çox məsələlər də öz əksini tapmaqla bu sahənin inkişafına xidmət edən müasir idarəetmə strukuturunun yaradılmasına və hüquqi tənzimlənməsinə öz töhfələrini verəcək. Əlbəttə ki, qanun layihəsi cəmiyyətə təqdim olunandan sonra daha geniş müzakirəyə açıq olacaq. Ümumilikdə isə görülən və ərsəyə gətirilən hər bir iş dövlətimizin güclənməsinə və əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir". Sona Əliyeva deyib ki, artıq "Peşə təhsili haqqında" qanun layihəsinin hazırlanması ilə əlaqədar komissiya yaradılıb: "Artıq bu sahə üzrə qabaqcıl təcrübəsi olan bir neçə ölkənin qanunvericiliyi öyrənilib. Bundan başqa mövcud normativ hüquqi aktlara və xarici təcrübəyə istinad etməklə, qanun layihəsinin ilkin variantının hazır olduğunu deyə bilərəm. Qanun layihəsi peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsilinin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək, həmçinin peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsində göstərilən strateji məqsədlər və hədəflər də qanunvericiliyə uyğun olaraq öz əksini tapacaq". "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinə toxunan millət vəkili onu da bildirib ki,bu layihə cəmiyyətin uzun zamandan bəri gözlədiyi qanun layihələrindən biri idi: " Nəzərə alsaq ki, uşağın uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyata tam adaptasiyası məktəbəqədər dövrdə verilmiş təlim-tərbiyədən əsaslı şəkildə asılıdır, onda layihənin valideyinlər, ailə və cəmiyyət üçün əhəmiyyətliliyi göz önündədir. Bundan əlavə onu da deyim ki, bu qanun layihəsi hazırlanana qədər məktəbəqədər təhsil sahəsində bir sıra normativ hüquqi aktlar qəbul olunmuşdu və onların bəziləri qüvvədən düşmüş, bəziləri mövcud reallığı əks etdirmədiyindən, ya da müəyyən boşluqların olması səbəbindən, bu sahədə çalışanlar üçün müəyyən anlaşılmazlıqlar yaradırdı. Odur ki, təhsilin bu pilləsi üzrə qanunverici bazanın təkmilləşdirilməsinə ehtiyac vardı. Mövcud qanun layihəsi isə geniş xarici təcrübə öyrənilməklə, müasir didaktik və pedoqoji prinsiplər əsasında hazırlanmış, günümüzün tələblərinə tam cavab verən, məktəbəqədər təhsil prosesinin bütün iştirakçılarının hüquqlarıının qorunmasından tutmuş, məktəbəqədər təhsil prosesinin dövlət , bələdiyyə və özəl sektorda da hüquqi tənzimlənməsini nəzərdə tutan, məktəbəqədər təhsil müəssisələrinin genişləndirilməsini və bu sahədə özəl sektorun da stimullaşdırılmasını özündə ehtiva edən kompleks normativ hüquqi aktdır. Əminəm ki, yüksək ictimai əhəmiyyət daşıyan bu qanun layihəsi təhsilin ilk pilləsinin inkişafına xidmət etməklə yanaşı, savadlılıq indeksinin yaxşılaşmasına da öz təsirini göstərəcəkdir".
Füzuli