Gündəm

Qalib tələbələr mükafatlandırıldı

24 May 2017 15:38

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

24 May 2017 15:35

Mayın 24-də Bakı Baş Gömrük İdarəsində idxal-ixrac əməliyyatları ilə məşğul olan bir qrup biznes subyektləri ilə görüş keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, görüşdə çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının davamlı və çoxşaxəli inkişafı istiqamətində atdığı addımlardan bəhs edərək bildirib ki, aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq ölkəmizin bütün sahələrdə sürətli tərəqqisi təmin edilib.

On rayonda gender bərabərliyi mövzusunda təlimlər keçiriləcək

24 May 2017 15:32

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” mövzusunda bölgələrdə təlimlərin keçirilməsi davam edir.

Əmək Nazirliyi daha 100 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzinə göndərib

24 May 2017 15:31

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, daha 100 nəfər əlilliyi olan şəxs Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə göndərilib.

“Aztelekom” MMC-nin kabelini oğurlayan tutulub

24 May 2017 15:30

Mayın 22-də “Aztelekom” MMC-yə məxsus kabelin 150 metrlik hissəsini kəsərək oğurlanıb. DİN-dən verilən məlumata görə,  Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən kabeli  kəsərək zədələməkdə şübhəli bilinən şəhər sakini Əli Tağıyev saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri zamanı onun  əvvəllər məhkum olunduğu müəyyən edilib.

Kemiş məhkumdan 1 kq heroin götürülüb

24 May 2017 15:29

Bakı şəhər sakinində 1 kiloqramdan artıq heroin aşkar edilib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəşir Məhərrəmovdan 1 kiloqram 30 qram heroin götürülüb.

Bolqarıstanın Prokurorluğunun rəhbər şəxsləri Ədliyyə Nazirliyində olublar

24 May 2017 15:27

Ölkəmizdə səfərdə olan Bolqarıstanın Prokurorluğunun rəhbər şəxsləri ilə ədliyyə nazirinin müavini Azər Cəfərovun görüşü olub. Bu barədə Ədliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan və Bolqarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin, hüquqi sahədə əlaqələrin inkişafı vurğulanaraq, ölkələrimizin hüquq-mühafizə, o cümlədən ədliyyə orqanlarının səmərəli qarşılıqlı fəaliyyəti qeyd olunub, hər iki dövlətdə məhkəmə-hüquq sistemində aparılan islahatlar barədə faydalı fikir mübadiləsi aparılıb.

Sədaqət Vəliyeva: "Azərbaycan artıq dünyanın qabaqcıl idman ölkələrindəndir"

24 May 2017 15:23

“Son illər Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, “Formula 1” kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib". Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Adil Əliyev: "Bakı-2017" şanlı tariximizdə yeni bir səhifə açdı"

24 May 2017 15:21

“Bütün beynəlxalq tədbirlər kimi, IV İslam Həmrəyliyi Oyunlarının da məhz ölkəmizdə keçirilməsi heç də təsadüfü deyildi. Çünki, Azərbaycandakı əmin-amanlıq, inkişaf, qonaqpərvərlik nəinki idman yarışlarına, həmçinin siyasi, mədəni tədbirlərə də ev sahibliyi etməyimizə zəmin yaradır”. Bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Adil Əliyev deyib.

QMİ Qazilər Şurası fətva verdi

24 May 2017 15:17

Mayın 24-də Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə bağlı tədbir keçirilib.Tədbirdə Azərbaycanda bir qrup din xadimi mükafat və medallara layiq görülüb. Mükafatlar Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən təqdim olunub. Əvvəlcə birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən QMİ Qazılar Şurasının sədri, ilahiyyatçı-alim Vasim Məmmədəliyevə “Qızıl çinar” beynəlxalq mükafatı verildiyi elan edilib, bu münasibətlə V. Məmmədəliyev A. Paşazadə tərəfindən də mükafatlandırılıb. Sonra QMİ Qazılar Şurasının üzvü, idarənin Ağdam rayon üzrə qazısı Hacı Barat Bağırov vətənə layiqli xidmətinə görə “Müharibə veteranı” adına layiq görülüb.

Azərbaycan Yay Olimpiya Oyunlarını keçirməyə də qadirdir

24 May 2017 15:14

Son zamanlar ölkəmizdə idmana olan maraq, idman sahəsində  kütləviliyin təmin edilməsi Azərbaycanın idman ölkəsi kimi tanınmağına imkan yaradıb. Dünyanın ən nüfuzlu idman təşkilatları gənc dövlət olan Azərbaycanın, idmançılarımızın nəyə qadir olduğunu artıq bilir. İdmanın bütün sahələrində güclü olan Azərbaycan idmançıları bayrağımızı Avropa, dünya çempionatlarında şərəflə dalğalandırmaqda davam edirlər. Azərbaycanda idmana və idmançılara göstərilə qayğı, dövlətin həyata keçirdiyi idman siyasətin bu sahənin kütləviliyinə şərait yaradıb. Maraqlıdır, Azərbaycan növbətin beynəlxalq idman yarışlarının ölkəmizdə keçirilməsinə imza ata bilərmi?

İslam Oyunları Azərbaycana nə verdi? - Deputatların ŞƏRHİ

24 May 2017 15:10

Milli Məclisin bir sıra deputatları IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıblar.

Roma Papası Trampa nə hədiyyə etdi?

24 May 2017 15:08

Roma Papası I Fransisk Vatikana səfər etmiş ABŞ Prezidenti Donald Trampa zeytun ağacının təsvir olunduğu medalyon hədiyyə edib. Roma Papası hədiyyəni təqdim edərkən zeytun ağacının sülh rəmzi olduğunu bildirib. Öz növbəsində, D.Tramp I Fransiskə Martin Lüter Kinqə həsr olunmuş kitabın xüsusi nəşrini hədiyyə edib.

Daha bir FACİƏ: 20 nəfər öldü

24 May 2017 15:07

Liviya sahillərində miqrantları daşıyan qayıq batıb. Nəticəsə 20 nəfər həyatını itirib. Qayıqda 200-dən çox miqrantın olduğu bildirilir. İtaliya sahil təhlükəsizlik qrupları axtarış-xialsetmə işləri üçün kömək istəyib.

Professor  Əjdər İsmayılovun cavidşuaslıqda mühüm yer tutan əsəri - “Dünya romantizm ənənələri və Hüseyn Cavid”

24 May 2017 15:03

Bu günlərdə cavidşunas alim, professor Əjdər Tağıoğlunun (İsmayılovun) 1983 cü ildə “Elm” nəşriyyatı tərəfindən çap edilmiş cavidşuaslıqda mühüm yer tutan "Dünya romantizm ənənələri və Hüseyn Cavid"  adında kitabı oxucuların tələbini nəzərə alaraq latın qrafikasıilə “Elm və təhsil” nəşriyyatından nəfis şəkildə yenidən çapdan çıxarılaraq cavidsevərlərin ixtiyarına verilmişdir.