On rayonda gender bərabərliyi mövzusunda təlimlər keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” mövzusunda bölgələrdə təlimlərin keçirilməsi davam edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə "Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi" mövzusunda bölgələrdə təlimlərin keçirilməsi davam edir. Komitədən "Olaylar"a verilən məlumata görə, bələdiyyə nümayəndələrinin, hüquqşünas və yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarının iştirak etdiyi təlimdə dövlət qadın siyasəti, insan hüquqlarının müdafiə sistemində gender bərabərliyinin təmin edilməsi, qadınların yerli idarəçilikdə iştirak etmək yolları və bu sahədə mövcud olan təcrübələr, əsas anlayışlar (təriflər), cinsi ayrı-seçkilik anlayışı və "Azərbaycanda Qadın hüquqlarının müdafiəsi mexanizmi" mövzuları açıqlanıb. May ayı ərzində Abşeron, Quba, Xaçmaz, Şəki, Qax, Zaqatalada, Balakəndə təşkil olunan təlimlərin davamı Saatlı, İmişli, Beylaqan rayonlarında keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31