Gündəm
Bələdiyyələr inkişaf yolundadır
"Azərbaycanda bələdiyyələr inkişaf yolundadır”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov səsləndirib.
Şəki sakini özünü işıq dirəyindən asıb
Şəki şəhərində 79 yaşlı kişi intihar edib. Məlumata görə, Şəki şəhər sakini,1938-ci il təvəllüdlü Nadiq Alı oğlu Umarov özünü işıq dirəyindən asıb. Onun meyiti səhər saatlarında şəhərin Mirzə Fətəli Axundov prospektində, Qurucana çayının sahilində olan işıq dirəyində asılı vəziyyətdə aşkarlanıb. Məlumata görə, N.Umarov ruhi xəstə olub. Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
"Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri” adlı kitabı çapdan çıxıb
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşlarının kollektiv əməyinin məhsulu olan "Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016)" adlı kitab işıq üzü görüb.
Gömrükçülər külli miqdarda siqaret aşkar ediblər
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilən külli miqdarda tütün məmulatı aşkar ediblər. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikası ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Kamaz” markalı yanacaq daşıyan çənli yük avtomobilinə xidməti axtarış itinin tətbiqi ilə baxış keçirilib.
Ramazan bayramında 5 gün iş olmayacaq
Bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü eyni günə təsadüf etdiyindən əlavə qeyri-iş günü olacaq.“Olaylar” xəbər verir ki, Nazirlər Kabinetindən yaydığı məlumata görə, 26 iyun – Silahlı Qüvvələr Günü, 26-27 iyun Ramazan bayramı günü münasibəti ilə qeyri-iş günüdür. İki bayram eyni günə təsadüf etdiyindən, iyunun 28-i, yəni çərşənbə günü də istirahət günüdür. Beləliklə, hər iki bayram münasibəti ilə şənbə və bazar günləri də daxil olmaqla 5 gün (24, 25, 26, 27 və 28 iyun) qeyri-iş günü elan olunur.
Suriya hakimiyyəti: İŞİD-in "hərbi naziri" məhv edilib
Suriya hakimiyyəti İŞİD-in "hərbi naziri"nin məhv edildiyi barədə məlumat yayıb. Suriyadövlət televiziyası hərbi mənbələrə əsaslanaraq xəbər yayıb ki, terrorçuların "hərbi naziri" Əbu Musab əl-Məsri Hələbin şərqində aparılan əməliyyatlar zamanı öldürülüb. Onunla birlikdə İŞİD-in Səudiyyə Ərəbistanı və İraq vətəndaşı olan daha bir neçə yüksək vəzifəli yaraqlısı da məhv edilib. Lakin məlumatda o da bildirilir ki, bu informasiya İraq KİV-in xəbərləri ilə ziddiyyət təşkil edir.
Özbəkistanın Respublika sarayı olan Türküstanda keçirilən uşaq xeyriyyə festivalının təşkilatçısı Azərbaycan Mədəniyyət Mərkəzi olmuşdur
Özbəkistandakı Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın Respublika sarayı -Türküstanda uşaq xeyriyyə festivalı keçirilmişdir.
Yol polisinin avtomobilləri evakuatorla aparmasına dair yeni qayda müəyyənləşib
Azərbaycanda qanunla müəyyən edilmiş hallarda Yol-patrul xidməti (YPX) inspektoru tərəfindən evakuatorun (təxliyyə avtomobili) tətbiqinə dair yeni qayda müəyyənləşdirilib. Bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının qəbul etdiyi və mayın 19-da qüvvəyə minmiş “Yol-patrul xidməti haqqında Təlimat”ında əksini tapıb.
Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək
Növbəti tədris ilində Azərbaycanda müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi zamanı onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr əsas götürüləcək. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, müəllimlərin dərs saatları onların imtahanda göstərdikləri nəticələrə uyğun olaraq müəyyənləşəcək.
Politoloq: “Ölkəmizə gələn qonaqların sayı günü-gündən artır”
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarla görüşü zamanı çıxışında dediyi kimi Azərbaycan dövləti tərəfindən ev sahibliyi edilən bütün mədəni, siyasi və idman tədbirləri ən yüksək səviyyədə təşkil olunur və bunu da bütün iştirakçı ölkələrin təmsilçiləri təsdiq edir”. Bunu politoloq Ramiz Alıyev deyib.
Bu ölkə də NATO-ya yeni üzv qəbul olacaq
Monteneqro iyunun əvvəlində NATO-nun tamhüquqlu üzvü olacaq. Bunu alyansın baş katibi Yens Stoltenberq deyib. O qeyd edib ki, NATO ölkələri Monteneqronun alyansa daxil olması haqqında protokolun ratifikasiyası prosesini başa çatdırırlar: "Biz mayın 25-də NATO-nun sammitində bu ölkənin Baş nazirini alqışlayacağıq və gözləyirik ki, Monteneqro iyunun əvvəlində alyansın 29-cu üzvü olacaq".
İnquşetiyada spirtli içki satışı qadağan ediləcək
İnquşetiya parlamenti respublika ərazisində alkoqollu içkilərin pərakəndə satışını qadağan edəcək. Spirtli tərkibə malik içkilərə qarşı bu qadağa Ramazan bayramı günlərində tətbiq ediləcək. Belə ki, Ramazan ayı boyunca, Fitr bayramı günü, Uşaqların Müdafiəsi Günü, Bilik Günü və Son zəng tarixlərində qadağa qüvvədə olacaq.
İsmayıllıda əmək yarmarkası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Rayon Məşğulluq Mərkəzinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Peşə Tədris Mərkəzində növbəti “Əmək yarmarkası” keçirilib.
Yaşayış binasında yanğın baş verib
Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 250 m2 olan geyim mağazasının anbarında elektrik sayğacı və lambirdən ibarət tavanı 10 m2 sahədə yanıb. “Olaylar” FHN-in saytına istinadən xəbər verir ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Kəndlilərə pay torpaqları ayrılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəindən mayın 24-də ilk dəfə olaraq Xaçmaz rayonun Müqtədir qəsəbəsində torpaq payı almış vətəndaşlara mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edilib. Komitədən “Olaylar”a verilən məlumata görə, ilkin olaraq 50-ə yaxın vətəndaşa əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilib. Onlar bu sənədi heç bir yerə getmədən komitənin mobil ofisləri vasitsilə elə aldıqları pay torpaqlarındaca əldə ediblər. Sakinlər bu tədbirlərlərlə bağlı ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi islahatları müsbət qarşılıyırlar. Vətəndaşlar bildiriblər ki, verilən bu torpaqlar onların yaşayış səviyyəsinin yaxşılaşmasına imkan verəcək.






.jpg)







