"Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri” adlı kitabı çapdan çıxıb

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşlarının kollektiv əməyinin məhsulu olan "Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016)" adlı kitab işıq üzü görüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşlarının kollektiv əməyinin məhsulu olan "Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016)" adlı kitab işıq üzü görüb. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, kitab Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunub. Kitabda əksini tapan 28 məqalədə müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin ayrı-ayrı prioritet istiqamətləri, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda dövlət başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursunun uğurları, siyasi-iqtisadi maraqların və milli təhlükəsizlik mənafelərinin təminatında əldə edilmiş nailiyyətlər, dövlətimizin beynəlxalq təhlükəsizlik və beynəlxalq iqtisadi münasibətlər sistemindəki rolu və mövqeyi ətraflı təhlil edilib. Xüsusilə Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioriteti olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, Azərbaycan hökumətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər tədqiqatçı-ekspert prizmasından işıqlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31