Kəndlilərə pay torpaqları ayrılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəindən mayın 24-də ilk dəfə olaraq Xaçmaz rayonun Müqtədir qəsəbəsində torpaq payı almış vətəndaşlara mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edilib. Komitədən “Olaylar”a verilən məlumata görə, ilkin olaraq 50-ə yaxın vətəndaşa əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilib. Onlar bu sənədi heç bir yerə getmədən komitənin mobil ofisləri vasitsilə elə aldıqları pay torpaqlarındaca əldə ediblər. Sakinlər bu tədbirlərlərlə bağlı ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi islahatları müsbət qarşılıyırlar. Vətəndaşlar bildiriblər ki, verilən bu torpaqlar onların yaşayış səviyyəsinin yaxşılaşmasına imkan verəcək.
24 May 2017 15:40 SosialƏmlak Məsələləri Dövlət Komitəsi tərəindən mayın 24-də ilk dəfə olaraq Xaçmaz rayonun Müqtədir qəsəbəsində torpaq payı almış vətəndaşlara mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edilib. Komitədən "Olaylar"a verilən məlumata görə, ilkin olaraq 50-ə yaxın vətəndaşa əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilib. Onlar bu sənədi heç bir yerə getmədən komitənin mobil ofisləri vasitsilə elə aldıqları pay torpaqlarındaca əldə ediblər. Sakinlər bu tədbirlərlərlə bağlı ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi islahatları müsbət qarşılıyırlar. Vətəndaşlar bildiriblər ki, verilən bu torpaqlar onların yaşayış səviyyəsinin yaxşılaşmasına imkan verəcək.