İsmayıllıda əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Rayon Məşğulluq Mərkəzinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Peşə Tədris Mərkəzində növbəti “Əmək yarmarkası” keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Rayon Məşğulluq Mərkəzinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Peşə Tədris Mərkəzində növbəti "Əmək yarmarkası" keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, əmək yarmarkasında İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatı Novruzəli Aslanov, Dövlət Məşğulluq Xidmətinin baş məsləhətçisi Xətai Mehrəliyev və s. iştirak edib. Əmək yarmarkasına 52 idarə, müəssisə , təşkilat və sahibkar tərəfindən 238 boş iş yeri təqdim edilib. Vakansiya təqdim edən işəgötürənlərdən 26-sı dövlət, 24-ü qeyri dövlət, 2-si isə fiziki şəxs olmuşdur. Əmək yarmarkasına çıxarılmış boş iş yerlərindən 84-ü fəhlə, 87-si qulluqçu, 67-si isə xidmət işçiləridir. Təqdim olunmuş boş iş yerlərinə 104 nəfər qeyri məşğul vətəndaşa göndəriş verilib. Onlardan 51 nəfəri dövlət, 53 nəfəri isə özəl iş yerlərinə göndərilib. Təqdim edilmiş boş iş yerlərində əmək haqqı 125 manatdan 310 manata kimi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31