Gündəm

“Mizan” Tələbə Dram Dərnəyinin premyerası

24 May 2017 16:45

 Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində fəaliyyət göstərən “Mizan” Tələbə Dram Dərnəyinin ifasında Əbdürrəhim bəy Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini” əsəri əsasında hazırlanmış tamaşanın premyerası olub. Fonddan “Olaylar” – a bildirlib ki, Pedaqoji Universitetin nəzdindəki Dövlət Pedaqoji Kollecində yaradılan “Mizan” Tələbə Dram Dərnəyinin (TDD) bədii rəhbəri Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Məmməd Səfa, layihənin koordinatoru Bilk Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlıdır. Premyerada Pedaqoji Kollecin direktoru Qulu Novruzov, müəllim və tələbə kollektivi, media nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.

Ölkədə bütün sahələrdə plüralizm mövcuddur

24 May 2017 16:44

Əlbəttə, siz doğru buyurursunuz ki, hər hansı bir ölkədə vətəndaş cəmiyyətinin mövcudluğu, onun fəaliyyəti birbaşa həmin ölkədə plüralizmin necə təmin edilməsindən asılıdır.  Yəni, vətəndaş cəmiyyətinin normal qaydada fəaliyyəti plüralist cəmiyyətlərdə özünü göstərir. Bu mənada Azərbaycanda bu istiqamətdəki durum normal qaydadadır desək yanılmarıq. Əgər günümüzdə Azərbaycanda yüzlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərirsə və onların normal fəaliyyəti üçün dövlət səviyyəsində istənilən şərait yaradılırsa, bu da istər-istəməz ölkədəki demokratik mühiti, plüralizmi açıq-aydın şəkildə ortaya qoyur.

Ağaveyis Şirvaninin 75 illik yubileyi

24 May 2017 16:44

Mayin 24-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair Ağaveyis Şirvaninin 75 illik yubileyi, yaradıcılığının 60 illiyili və son kitabı "Sağalan deyil" - lə bağlı tədbir keçirilib. Görüşdə tanınmış qələm adamları və ziyalılar iştirak edib. Tədbirin aparıcısı yazıçı-dramaturq-publisist, Azərbaycan Yazıçılar Birliyinin müşaviri Elçin Hüseynbəyli yubilyar barədə məlumat verərək bildirib ki, məşhur Seyid Əzimin xələflərindən olan Ağaveyis Şirvani poziyamızın beşiklərindən sayılan füsunkar Şamaxının Ərəbşalbaş kəndində anadan olub və klassik üslubda, müxtəlif janrlarda yazan qələm sahibidir.

Suriyalılar mağazaya basqın etdilər

24 May 2017 16:42

Mayın 24 – də bir qrup silahlı suriyayılar Türkiyənin QazıAntep vilayətinin Maaşquyu qəsəbəsində yerləşən  zərgər mağazasına qarətməqsədi ilə  silahlı hücum ediblər. Mağaza sahibi Ö. E -nin üzərinə silah çəkən qrup üzvləri ilə mağaza sahibi arasında silahlı qarşıdurma baş verib. Baş verən qarşıdurma nəticəsində soyğunçulardan birisi hadisə yerindəcə aldığı yaralardan həlak olub. Mağaza sahibinin oğlu Ş. E isə yaralnıb. İki soyğunçu isə hadisə yerindən uzaqlaşıb. Yarlanan Ş. E  təcili olaraq xəstəxanaya çatdırılıb. Yaralı şəxsin hal hazırda xəsətxanada əməliyyat edildiyi bildilir.

"Aşka Yolculuk” olacaq

24 May 2017 16:42

Mayın 25 - də Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığıyla  Azərbaycan Dövlət Musiqili Teatrında "Aşka Yolculuk chr("39")adlı teatr nümayişi keçiriləcək. Tamaşaya, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millət vəkilləri, protokol üzvləri, alimlər və bir çox sənətseverlər təşrif edəcəkdir.

Binəqədidə çoxmərtəbəli binanın yanması ilə bağlı həbs olunanların apellyasiya şikayətinə baxılıb

24 May 2017 16:39

Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə Akif Əlibəyov və Nizami Orucovun vəkilləri çıxış edərək müdafiə etdikləri şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Qəzənfər Novruzovun vəkili isə onun şərti olaraq azadlıqdan məhrum edilməsini istəyib. Digər təqsirləndirilən şəxslərin vəkilləri isə çıxışa hazır olmadıqlarını deyiblər.

Mərkəzdə müasir yol infrastrukturu yaxın müddətdə istifadəyə veriləcək

24 May 2017 16:33

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədən 3-də artıq işlər tam olaraq başa çatdırılıb, digər 2 küçədə isə yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, artıq işlərin 95 faizi görülüb.

Gəncə şəhərinin su təchizatı yaxşılaşdırılır

24 May 2017 16:33

Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin 4-cü mərhələsi üzrə işlərə başlanılıb. “OLAYLAR”-ın “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə, bu münasibətlə Gəncə şəhərində keçirilmiş tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevü ümidvar olduğunu bildirib ki, layihənin növbəti mərhələsi üzrə işlər qısa müddətdə yekunlaşacaq.

Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək

24 May 2017 16:32

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən Xaçmaz rayonunda vətəndaşların qəbulu keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a nazirliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, qəbul may ayının 30-da Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində baş tutacaq. Qəbulda Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak edəcək.

Xalq artisti öz toyunda oxudu - VİDEO

24 May 2017 16:26

Xalq artisti, muğam ifaçısı Aygün Bayramovanın öz toyunda “Getmə-getmə” məşhur mahnısı ifa edib. Sənətkar ailə qurduğu Fəraməz Gərmrudi ilə eyni səhnəni bölüşüb. Aygün Bayramovanın həyat yoldaşının müşayiəti altında ifa etdiyi “Getmə-getmə” mahnısı diqqət çəkib. İfanın sonunda isə bəy gəlin hamının gözü qarsısında öpüşüb.

Rusiya kəşfiyyatı hərəkətə keşdi: Regionda SAVAŞ HAZIRLIĞI

24 May 2017 16:24

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) xüsusi təyinatlı bölmələri Krımda təlimlərin birinci mərhələsinə başlayıb.  Xüsusi təyinatlılar “Krım-2” neft-qazma qurğusu və “Fyodor Uryupin” yedək gəmisini tutmuş xarici hərbçilərin zərərsizləşdirilməsi üzrə hərəkətləri yerinə yetirməlidir. 

İtaliyada BOMBA HƏYƏCANI: qatarların hərəkəti dayandırıldı

24 May 2017 16:21

İtaliyanın Abrutso vilayətində dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb. Buna səbəb dəmir yolu işçilərinin Montesilvani və Silvi şəhərləri arasında yerləşən xəttdə içərisində məftillər olan sellofan paket aşkar etmələri olub.Hazırda həmin bölgəyə giriş-çıxış bağlanıb. Hadisə yeri polisin nəzarətinə götürülüb, paketin araşdırılması üçün xüsusi briqada gözlənilir.

Xalq artisti verilişə karateçi oğlu ilə gəldi - VİDEO

24 May 2017 16:20

Xalq artisti Mənsum İbrahimov "10-dan sonra" verilişinin qonağı olub.  Xanəndə proqrama 13 yaşlı oğlu İbrahimlə qatılıb. M.İbrahimov verilişdə övladlarının tərbiyə və təhsilindən danışıb:  "Mənim 3 qızım var, İbrahim sonbeşiyimizdir. Müəllim ailəsiyik. Bizdə hər kəsə münasibət eynidir. Atam öz əxlaqına görə çox nümunəvi biri olub. Mən də öz tərbiyəmi atamdan götürmüşəm. İbrahim də özündən əvvəl bacılarını, onların təhsilə münasibətini görüb-götürüb. İki qızım Bakı Dövlət Universiteni fərqlənmə ilə bitirib. Bir qızım Tibb Universitetində oxuyur. Onlara görə heç kimdən nəsə xahiş etməmişəm, hamısı özü oxuyur. Uşağın var-dövləti onun təhsilidir. Valideynin də borcu ona yaxşı tərbiyə verməkdir". 

Fransa baş nazirindən ETİRAF: "Terror təhlükəsi yüksəkdir"

24 May 2017 16:18

"Fransada terror aktlarının törədilməsi riski yüksək səviyyədədir". Belə açıqlama ilə Fransanın baş naziri Eduar Filipp çıxış edib. Baş nazir deyib: "Ölkədə terror hadislərilə bağlı risk hələ də yüksək səviyyədə qalmaqda davam edir". 

“Azərsun Holdinq”də ənənəvi qanvermə aksiyası keçirildi

24 May 2017 16:14

Şirkətlər qrupunda hər il olduğu kimi, bu il də “Siz qan verməklə başqalarına həyat verirsiniz!” şüarı altında qanvermə aksiyası keçirilib. Mərkəzi Qan Bankı ilə birgə təşkil olunan sosial aksiya “Azərsun Holdinq”in mədəniyyət mərkəzində baş tutub.