Gündəm
Maşallah Əhmədov məhkəmədə zərərçəkəni hədələyib
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirib. Hakim Faiq Qasımov sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov ona məxsus daşların bir hissəsinin M. Əhmədov tərəfindən "Sahil" MTK-ya verildiyini deyib. İclasda M. Əhmədovla Y. Əzizov arasında mübahisə baş verib. M. Əhmədov Y. Əzizovu hədələyib.
Tarix muzeyində “Mücadilə”
Rusiyada mədəniyyət evində səhnənin bir hissəsi uşaqların üzərinə çöküb
Rusiyanın Perm vilayətində Anatoli Soldatov adına mədəniyyət evində səhnə konstruksiyasının çökməsi nəticəsində uşaqlar xəsarət alıblar. Səhnənin bir hissəsinin çökməsi nəticəsində 8 uşaq xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.
Muğam Mərkəzində möhtəşəm “Muğam axşamları” layihəsi
Siyasi ekspert: Əldə edilən uğur və qələbələrimiz növbəti zəfərlərə doğru açılan tramplinlərdir
Azərbaycanın əldə etdiyi uğur və qələbələr növbəti zəfərlərə doğru açılan tramplinlərdir. Bunu siyasi ekspert Bəhruz Quliyev Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini şərh edərkən deyib.
Azərbaycan Dünya Robototexnika Olimpiadası Assosiasiyasına sınaq üzvlüyünə qəbul olunub
2016-cı ilin sonunda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Dünya Robototexnika Olimpiadası Assosiasiyasına sınaq üzvlüyünə qəbul olunub.
BDM rəhbərliyi Türkiyə səfiri ilə görüşüb
Beynəlxalq Diaspor Mərkəzinin sədri dr. İsmayıl Ağayev və sədrin birinci müavini Samir Adıgözəlli Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb. BDM-in mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Türkiyə səfirliyində keçirilən səmimi görüşdə iki qardaş ölkə arasındakı münasibətlər, Türk-Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyəti ətrafında söhbət aparılıb. BDM sədri dr. İsmayıl Ağayev səmimi qəbula görə səfirə təşəkkürünü bildirərək, mərkəzin Türkiyədə keçirdiyi layihələr haqqında geniş məlumat verib. Səfir Erkan Özoral öz növbəsində BDM-in bu istiqamətdəki fəaliyyətindən məmnunluğunu bildirərək, gələcəkdə Azərbaycan və Türkiyə üçün əhəmiyyətli olacaq bu kimi tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Nyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edib
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən 36-cı Türk Günü və Festivalı çərçivəsində türk xalqlarının Manhettendə izdihamlı yürüşü təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, ABŞ-dakı türk cəmiyyətləri tərəfindən təşkil olunmuş yürüşdə Türkiyənin Nyu-Yorkdakı baş konsulu Ertan Yalçın, Türk Amerika Dərnəkləri Federasiyasının sədri Atilla Pak, Federasiyanın sədr müavini, Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti və Amerika-Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Nadiya Zöhrə Şərifi və digər cəmiyyətlərin rəhbərləri, üzvləri iştirak ediblər.
Təhlükəsiz “LG X Venture” smartfonu təqdim edilib
Cənubi Koreyanın “LG Electronics” korporasiyası tərəfindən təqdim edilmiş orta səviyyəli yeni smartfon yüksək təhlükəsizlik imkanlarına malikdir. “LG X Venture” modeli “IP68” və “MIL-STD 810G” standartlarına cavab verir və bu, o deməkdir ki, qurğu 30 dəqiqə ərzində 1,5 metr dərinliyində suyun içində qala bilər. Bundan başqa, telefon zərbələrə, toz və suya qarşı davamlıdır.
Avropa ölkələri belə ələ keçirilir: Merkeldən SON HƏMLƏ
Almaniya kansleri Angela Merkel güclü bir Avropa ordusu qurmaq üçün çalışır. Bu haqda ABŞ-ın “Foreign Policy” jurnalı yazıb. Jurnalı qeyd edir ki, Almaniya hər nə qədər hərbi inteqrasiyanı aşağı ehtimal olaraq qiymətləndirsə də, Berlin Avropa ordusu yaratmaq yolunda səssiz bir şəkildə irəliləyir. Nəşr Almaniyanın iki yaxın müttəfiqi olan Çexiya və Rumınıya ilə razılaşmasını xatırladıb. Razılaşmaya görə, Rumıniya və Çexiyanın bütün silahlı birlikləri bundesverə (Almaniya ordusu) qatılmasa da, Rumıniyanın 81-ci mexanikləşdirilmiş briqadası və Çexiyanın döyüş qabiliyyəti ən yüksək olan 4-cü briqadası Almaniya ordusunun 10-cu zirehli briqadasının tərkibində yer alacaq. Beləliklə, Almaniya ordusuna inteqrasiya olan Avropa ölkələrinin sayı üçə çıxacaq. Daha əvvəl Hollandiyanın iki briqadası Almaniya ordusunun tərkibinə daxil olub. Qeyd edək ki, Avropa Komissiyasının sədri Jan Klod Yunker Avropa ordusunun yaradılması fikrini tez-tez gündəmə gətirir. Ancaq onun təklifi bir çox siyasi və hərbi dairələr tərəfindən ciddi qəbul olunmur. Vahid ordu ideyasının ən böyük müxalifi olan Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasına baxmayaraq, bu mövzuda hələ də radikal dəyişiklik müşahidə edilmir.
Azərbaycanda cərimələrin miqdarı artırılacaq?
Azərbaycan Cinayət Məcəlləsinin bəzi maddələri üzrə cərimələrin artırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Bakı-2017: dünyaya idman dili ilə ötürülən sülh, tolerantlıq və həmrəylik mesajları
Azərbaycan tolerant ölkədir. Tolerantlıq və multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Müasir Azərbaycanın tolerantlıq modeli dünyanın diqqətini cəlb edir, bir sıra ölkələrdə bir təlim və elm kimi öyrənilir, universitetlərdə tədris olunur.
Mövlud Mövludun kitabının təqdimatı keçiriləcək
M.ö. II-I minilliklər xalqımızın etnogenezi və dilinin ifadə imkanlarına dair monoqrafiya
Hər bir xalqa mənsub olan dilin öncə səs, sonra söz, sonda isə cümlə şəklində ifadəsi, min illər davam etmiş tarixi bir prosesin nəticəsi olmuşdur. Onun geniş arealda ifadə imkanına çevrilməsi, həm ona sahib olan xalqın qədimliyi, həm də dilin ifadə imkanlarının genişliyi ilə bağlı idi. Şifahi xalq ədəbiyyatımızın dastan, bayatı, nağıl və digər qollarında yer alan ifadələr, ədəbiyyatımızın qədim dövrlərdə janr xüsusiyyətləri daşıması dilimizin ən azı m.ö. III minilliklərdən tam formalaşdığını sübut etməklə yanaşı xalqımızın bu tarixdən xeyli əvvəl tarix səhnəsində olduğunu da birmənalı sübut edir.
Çoxillik axtarışların uğurlu bəhrəsi
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan qədim və zəngin tarixi keçmişə sahib olan mədəni mərkəz rolunu tarixin müxtəlif dövrlərində uğurla yerinə yetirmişdir. Bu qədim diyar tarixin ayrı-ayrı dövrlərində Azərbaycan tarixinə, elminə, ədəbiyyat və ictimai fikrinə görkəmli şəxsiyyətlər bəxş etmişdir.














