Gündəm

"Bavariya" ulduz futbolçu ilə danışıqlar aparır

24 May 2017 18:54

"Bavariya" Aleksis Sançezə maraq göstərməkdə davam edir.  Münhen klubu ona 13 milyon avro məvacib verməyə hazırdır.

""Barselona" "Real"ı udmaq üçün bizə rüşvət verdi"

24 May 2017 18:53

İspaniya La Liqasının sonuncu turu haqda söz-söhbətlər səngimək bilmir. Katoloniya mətbuatı "Malaqa"nın "Real"a bilərəkdən məğlub olduğunu iddia edir. Ancaq "Malaqa"nın prezidenti Əl Thaninin verdiyi açıqlama hər kəsi şoka salıb.

"Avtobusa minəndə qorxuram"

24 May 2017 18:51

"Borussiya"nın yaponiyalı futbolçusu Şinji Kaqava maraqlı açıqlaması ilə diqqət çəkib. 28 yaşlı yarımmüdafiəçi avtobusa minməkdən qorxduğunu bildirib.

Almaniya millisində itki

24 May 2017 18:50

"Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sane Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunda iştirak etməyəcək. Almaniya millisinin üzvü yayda əməliyyat olunacaq: "Tibbi personalla məsləhətləşəndən sonra qərara aldım ki, yeni mövsümdə daha sağlam olmaq üçün əməliyyat keçirim". 

Aralıq dənizində miqrantları daşıyan gəmi batıb - 31 ölü

24 May 2017 18:43

Aralıq dənizində Liviyadan İtaliyaya miqrantları daşıyan gəmi qəzaya uğrayıb. Məlumata görə, hadisə nəticəsində azı 31 miqrant həlak olub. Qəza Liviya sahillərindən 30 dəniz mili məsafədə baş verib. Hazırda bölgədə İtaliya sahil-mühafizə xidməti tərəfindən axtarış işlərı aparılır. İlkin məlumatlara görə, gəmidə 500-ə yaxın miqrant olub.

Güzəştli mənzil sistemi haqqında əsasnamə təsdiq edildi

24 May 2017 18:35

Prezident İlham Əliyev "Güzəştli mənzil" sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Yığmamız Avropa çempionatının hazırlığına başlayır

24 May 2017 18:26

Sabah kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışına start veriləcək. Hazırlıq iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində keçiriləcək Avropa çempionatına hesablanıb. Boks Mərkəzində gündə 2 dəfə olacaq məşqlərdə 25 boksçu iştirak edəcək. Bakıda başlayacaq toplanış iyunun 3-də yekunlaşacaq. Ardınca millinin heyəti dəqiqləşəcək və komanda iyunun 4-də Ukraynaya yola düşəcək. Boksçularımız Avropa çempionatına hazırlığı yarışa ev sahibliyi edəcək Xarkovda başa vuracaq. 

"İtaliya və Azərbaycan arasındakı səmərəli əlaqələr gələcəkdə daha da dərinləşəcək və şaxələnəcək"

24 May 2017 18:16

İtaliya xalqı adından və öz adımdan dost Azərbaycan xalqına 28 May - Respublika Günü münasibətilə səmimi sülh və rifah arzularımı bildirirəm.

II Elizabet Prezident İlham Əliyevi təbrik edib

24 May 2017 18:15

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabet Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Aslanlı Kiprə qaçarkən yaxalandı

24 May 2017 18:08

Türkiyədə 7 tələbəni Böyük Britaniya universitetlərində oxutmaq adı altında aldadan və minlərlə dollarını ələ keçirən Azərbaycan vətəndaşı Ramiz Aslanlı Şimali Kiprə qaçarkən sərhəddə yaxalanıb.

Sankt-Peterburqda metro stansiyası bağlandı - bomba təhlükəsi

24 May 2017 18:01

Sankt-Peterburq şəhərində metronun "Ploşad Vosstaniya" stansiyasına giriş və çıxış bağlanıb. Buna səbəb stansiya ərazisində mərkəzi zalda sahibsiz qutunun tapılması olub.

Bakı bulvarında şok hadisə: dənizdən çıxarıb dəlixanaya apardılar

24 May 2017 17:57

Bakıda 21 yaşlı oğlan özünü dənizə atıb. Hadisə Dənizkənarı Milli Park ərazisində - Neftçilər prospekti 49 ünvanının qarşısında baş verib.

Roma Papası Azərbaycan prezidentinə məktub göndərib

24 May 2017 17:54

Roma Papası Fransisk Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.