Yığmamız Avropa çempionatının hazırlığına başlayır
Sabah kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışına start veriləcək. Hazırlıq iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində keçiriləcək Avropa çempionatına hesablanıb. Boks Mərkəzində gündə 2 dəfə olacaq məşqlərdə 25 boksçu iştirak edəcək. Bakıda başlayacaq toplanış iyunun 3-də yekunlaşacaq. Ardınca millinin heyəti dəqiqləşəcək və komanda iyunun 4-də Ukraynaya yola düşəcək. Boksçularımız Avropa çempionatına hazırlığı yarışa ev sahibliyi edəcək Xarkovda başa vuracaq.
24 May 2017 18:26 İdmanSabah kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışına start veriləcək. Hazırlıq iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində keçiriləcək Avropa çempionatına hesablanıb. Boks Mərkəzində gündə 2 dəfə olacaq məşqlərdə 25 boksçu iştirak edəcək. Bakıda başlayacaq toplanış iyunun 3-də yekunlaşacaq. Ardınca millinin heyəti dəqiqləşəcək və komanda iyunun 4-də Ukraynaya yola düşəcək. Boksçularımız Avropa çempionatına hazırlığı yarışa ev sahibliyi edəcək Xarkovda başa vuracaq.