"Avtobusa minəndə qorxuram"

"Borussiya"nın yaponiyalı futbolçusu Şinji Kaqava maraqlı açıqlaması ilə diqqət çəkib. 28 yaşlı yarımmüdafiəçi avtobusa minməkdən qorxduğunu bildirib.

"Borussiya"nın yaponiyalı futbolçusu Şinji Kaqava maraqlı açıqlaması ilə diqqət çəkib. 28 yaşlı yarımmüdafiəçi avtobusa minməkdən qorxduğunu bildirib.

Kaqava bunu Dortmundda baş vermiş son partlayışla əlaqələndirib. Ulduz futbolçu klubun avtobusunun yanında yaşanmış terror hadisəsinin onun psixologiyasına mənfi təsir etdiyini vurğulayıb: "Çox qorxmuşdum. Açığı, hələ də özümə gəlməmişəm. Partlayışdan sonra avtobusa əyləşmək və oyunlara getmək mənim üçün qorxuludu. Digər komandalar da terrorun hədəfi ola bilərlər. Təhlükə həmişə yaxınlıqdadı".
 
Qeyd edək ki, Dortmunddakı məlum hadisə Çempionlar Liqasının yarımfinal mərhələsində "Monako" ilə görüşdən (2:3) əvvəl yaşanmışdı. Nəticədə "Borussiya"nın müdafiəçisi Mark Bartranın qolu qırılmışdı. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31