Almaniya millisində itki

"Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sane Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunda iştirak etməyəcək. Almaniya millisinin üzvü yayda əməliyyat olunacaq: "Tibbi personalla məsləhətləşəndən sonra qərara aldım ki, yeni mövsümdə daha sağlam olmaq üçün əməliyyat keçirim". 

"Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sane Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunda iştirak etməyəcək. Almaniya millisinin üzvü yayda əməliyyat olunacaq: "Tibbi personalla məsləhətləşəndən sonra qərara aldım ki, yeni mövsümdə daha sağlam olmaq üçün əməliyyat keçirim". Bundestim Konfederasiyalar Kubokuna optimal heyətlə getməyəcək. Manuel Noyer, Məsut Özil, Tomas Müller,  Mats Hummels, Toni Kroos, Jerom Boatenq kimi ulduzlara istirahət verəcək baş məşqçi Yoahim Löv əsasən gənclərə güvənəcək. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31