BDM rəhbərliyi Türkiyə səfiri ilə görüşüb

Beynəlxalq Diaspor Mərkəzinin sədri dr. İsmayıl Ağayev və sədrin birinci müavini Samir Adıgözəlli Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb. BDM-in mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Türkiyə səfirliyində keçirilən səmimi görüşdə iki qardaş ölkə arasındakı münasibətlər, Türk-Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyəti ətrafında söhbət aparılıb. BDM sədri dr. İsmayıl Ağayev səmimi qəbula görə səfirə təşəkkürünü bildirərək, mərkəzin Türkiyədə keçirdiyi layihələr haqqında geniş məlumat verib. Səfir Erkan Özoral öz növbəsində BDM-in bu istiqamətdəki fəaliyyətindən məmnunluğunu bildirərək, gələcəkdə Azərbaycan və Türkiyə üçün əhəmiyyətli olacaq bu kimi tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Beynəlxalq Diaspor Mərkəzinin sədri dr. İsmayıl Ağayev və sədrin birinci müavini Samir Adıgözəlli Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb. BDM-in mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Türkiyə səfirliyində keçirilən səmimi görüşdə iki qardaş ölkə arasındakı münasibətlər, Türk-Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyəti ətrafında söhbət aparılıb. BDM sədri dr. İsmayıl Ağayev səmimi qəbula görə səfirə təşəkkürünü bildirərək, mərkəzin Türkiyədə keçirdiyi layihələr haqqında geniş məlumat verib. Səfir Erkan Özoral öz növbəsində BDM-in bu istiqamətdəki fəaliyyətindən məmnunluğunu bildirərək, gələcəkdə Azərbaycan və Türkiyə üçün əhəmiyyətli olacaq bu kimi tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşün sonunda BDM idarə heyəti adından səfir Erkan Özorala təşəkkür plaketi təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31