Azərbaycan Dünya Robototexnika Olimpiadası Assosiasiyasına sınaq üzvlüyünə qəbul olunub

2016-cı ilin sonunda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Dünya Robototexnika Olimpiadası Assosiasiyasına sınaq üzvlüyünə qəbul olunub.

2016-cı ilin sonunda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Dünya Robototexnika Olimpiadası Assosiasiyasına sınaq üzvlüyünə qəbul olunub. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, bununla əlaqədar olaraq, bir sıra təhsil müəssisələrində təqdimatlar keçirilib və robototexnika sahəsi ilə maraqlanan gənclər iştiraka cəlb edilib. Yaxın aylarda Dünya Robot Olimpiadasının müxtəlif kateqoriyaları üzrə ölkədaxili seçim yarışlarının keçirilməsi və yarışlarda qalib gələn komandaların Olimpiadanın Kosta Rikada keçiriləcək Dünya Finalında iştirakının dəstəklənməsi nəzərdə tutulub. 17 may tarixində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının və EduMedia şirkətinin nümayəndələri Xəzər Universitetində komandaların Olimpiadaya hazırlıqları ilə tanış olublar. Növbəti günlər ərzində digər təhsil müəssisələrində də görüşlər keçiriləcək, komandaların Azərbaycan finalına hazırlıq səviyyəsi yoxlanılacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31