Mərkəzdə müasir yol infrastrukturu yaxın müddətdə istifadəyə veriləcək
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədən 3-də artıq işlər tam olaraq başa çatdırılıb, digər 2 küçədə isə yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, artıq işlərin 95 faizi görülüb.
24 May 2017 16:33 SosialBakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq "Azəravtoyol" ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədən 3-də artıq işlər tam olaraq başa çatdırılıb, digər 2 küçədə isə yekunlaşmaq üzrədir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, artıq işlərin 95 faizi görülüb. İşlərin tam olaraq yekunlaşdığı 440 m uzunluğunda və genişləndirildikdən sonra eni 15 metrə çatan Balababa Məcidov küçəsindən başqa, Mirzəağa Əliyev və Füzuli küçələrində də yenidənqurma işləri artıq bitib. Hazırda layihənin gerçəkləşdiyi ərazi boyu piyada səkilərinin tikintisi, səki daşlarının düzülməsi, səkilərə və yol ayrıclarına tamet daşların döşənməsi işləri aparılır ki, bu işlər də yaxın müddət ərzində yekunlaşdırılacaq.
Qeyd edək ki, yenidən qurulan küçələrdə müasir işıqlandırma sistemləri, 14 ünvanda "cib"lik və müasir avtobus dayanacaqları qurulacaq, yeraltı və yerüstü parkinq yerləri, həmçinin piyada keçidləri inşa olunacaq, küçələr boyu geniş yaşıllılar və parklar salınacaq.