Gəncə şəhərinin su təchizatı yaxşılaşdırılır
Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin 4-cü mərhələsi üzrə işlərə başlanılıb. “OLAYLAR”-ın “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə, bu münasibətlə Gəncə şəhərində keçirilmiş tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevü ümidvar olduğunu bildirib ki, layihənin növbəti mərhələsi üzrə işlər qısa müddətdə yekunlaşacaq.
24 May 2017 16:33 SosialAzərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi "II Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin 4-cü mərhələsi üzrə işlərə başlanılıb. "OLAYLAR"-ın "Azərsu" ASC-yə istinadən verdiyi xəbərə görə, bu münasibətlə Gəncə şəhərində keçirilmiş tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevü ümidvar olduğunu bildirib ki, layihənin növbəti mərhələsi üzrə işlər qısa müddətdə yekunlaşacaq.
"Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov Gəncə şəhərlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə görülmüş işlər barədə məlumat verərək bildirib ki, artıq şəhərə müxtəlif mənbələrdən suyun verilməsi təmin edilib. Hazırda Gəncə şəhərində su və kanalizasiya şəbəkələrin tikintisi işləri davam etdirilir. Layihənin podratçı şirkəti olan "Azəraqrartikinti" ASC-nin direktoru Bayram Heydərov Göygöl və Goranboy rayonlarında icra etdikləri layihələr haqqında məlumat vermişdir. B.Heydərov 4-cü mərhələdə 30 ay müddətində nəzərdə tutulan işlərin 24 aya tam keyfiyyətlə təhvil veriləcəyini bildirib.