Suriya hakimiyyəti: İŞİD-in "hərbi naziri" məhv edilib
Suriya hakimiyyəti İŞİD-in "hərbi naziri"nin məhv edildiyi barədə məlumat yayıb. Suriyadövlət televiziyası hərbi mənbələrə əsaslanaraq xəbər yayıb ki, terrorçuların "hərbi naziri" Əbu Musab əl-Məsri Hələbin şərqində aparılan əməliyyatlar zamanı öldürülüb. Onunla birlikdə İŞİD-in Səudiyyə Ərəbistanı və İraq vətəndaşı olan daha bir neçə yüksək vəzifəli yaraqlısı da məhv edilib. Lakin məlumatda o da bildirilir ki, bu informasiya İraq KİV-in xəbərləri ilə ziddiyyət təşkil edir.
24 May 2017 16:06 DünyaSuriya hakimiyyəti İŞİD-in "hərbi naziri"nin məhv edildiyi barədə məlumat yayıb. Suriyadövlət televiziyası hərbi mənbələrə əsaslanaraq xəbər yayıb ki, terrorçuların "hərbi naziri" Əbu Musab əl-Məsri Hələbin şərqində aparılan əməliyyatlar zamanı öldürülüb. Onunla birlikdə İŞİD-in Səudiyyə Ərəbistanı və İraq vətəndaşı olan daha bir neçə yüksək vəzifəli yaraqlısı da məhv edilib. Lakin məlumatda o da bildirilir ki, bu informasiya İraq KİV-in xəbərləri ilə ziddiyyət təşkil edir. Belə ki, İraq KİV-in məlumatlarında İŞİD-in "hərbi naziri"nin terrorçuların sıralarına 6 il əvvəl qoşulmuş, İraq Respublika Qvardiyasının keçmiş briqada generalı Yasin əl-Muadidi olduğu bildirilir. Onun sələfi isə ABŞ Hərbi Hava Qüvvələrinin İŞİD-in İraqdakı mövqelərini bombalaması zamanı öldürülmüş Əbu Umar əş-Şişani (Gürcüstan vətəndaşı Tarxan Batiraşvili) olub. Bunun yanaşı, İran KİV İŞİD-in "hərbi naziri"nin Tacikistan OMON-un sabiq komandiri, polkovnik, "əl-Taciki" kimi məşhur olan Gülmurod Halimovun təyin edildiyi barədə xəbərlər yayıb. Apa.az "Reuters"-ə istinadən xəbər verir.