Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib
Mayın 24-də Bakı Baş Gömrük İdarəsində idxal-ixrac əməliyyatları ilə məşğul olan bir qrup biznes subyektləri ilə görüş keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, görüşdə çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının davamlı və çoxşaxəli inkişafı istiqamətində atdığı addımlardan bəhs edərək bildirib ki, aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq ölkəmizin bütün sahələrdə sürətli tərəqqisi təmin edilib.
24 May 2017 15:35 SosialMayın 24-də Bakı Baş Gömrük İdarəsində idxal-ixrac əməliyyatları ilə məşğul olan bir qrup biznes subyektləri ilə görüş keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, görüşdə çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının davamlı və çoxşaxəli inkişafı istiqamətində atdığı addımlardan bəhs edərək bildirib ki, aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq ölkəmizin bütün sahələrdə sürətli tərəqqisi təmin edilib. Xüsusilə son illərdə qeyri-neft sektorunun- turizm, kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən dəstək milli iqtisadiyyatımızda bu sektorun payını artırıb. İdarə rəisi ölkə başçısı tərəfindən gömrük sahəsində həyata keçirilən mütərəqqi islahatların gömrük orqanları tərəfindən uğurla reallaşdırıldığını vurğulayaraq, "Bir pəncərə", "Elektron bəyannamə", "Yaşıl dəhliz" və digər yeniliklərin idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsinə münbit şərait yaratdığını bildirib Vüsal Novruzov gömrük orqanlarının daim sahibkarların yanında olduğunu, onları narahat edən məsələlərin bundan sonra operativ və obyektiv şəkildə həllini tapacağını diqqətə çatdırıb.Tədbirdə çıxış edən sahibkarlar ölkə başçısı tərəfindən biznes subyektlərinə göstərilən dəstəyi, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımları və gömrük orqanlarının bu sahədəki məsuliyyətli və peşəkar yanaşmasını yüksək qiymətləndiriblər.