Qalib tələbələr mükafatlandırıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası" qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, 11-ci Olimpiadanın yekun nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin "BEU Programmers" komandası 1-ci, Bakı Dövlət Universitetinin "CtrlZ" komandası 2-ci, ADA Universitetinin "ADA U1" komandası 3-cü və Bakı Ali Neft Məktəbinin "BHOS2" komandası 4-cü yeri tutub. Qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla, habelə  "Nar" operatoru və "BestComp Group" şirkətinin qaliblərə təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31