QMİ Qazilər Şurası fətva verdi
Mayın 24-də Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə bağlı tədbir keçirilib.Tədbirdə Azərbaycanda bir qrup din xadimi mükafat və medallara layiq görülüb. Mükafatlar Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən təqdim olunub. Əvvəlcə birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən QMİ Qazılar Şurasının sədri, ilahiyyatçı-alim Vasim Məmmədəliyevə “Qızıl çinar” beynəlxalq mükafatı verildiyi elan edilib, bu münasibətlə V. Məmmədəliyev A. Paşazadə tərəfindən də mükafatlandırılıb. Sonra QMİ Qazılar Şurasının üzvü, idarənin Ağdam rayon üzrə qazısı Hacı Barat Bağırov vətənə layiqli xidmətinə görə “Müharibə veteranı” adına layiq görülüb.
24 May 2017 15:17 SosialŞeyxülislam din xadimlərini moizələrdə məzhəb ayrı-seçkiliyinə yol verməməyə çağırdı
Mayın 24-də Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə bağlı tədbir keçirilib.Tədbirdə Azərbaycanda bir qrup din xadimi mükafat və medallara layiq görülüb. Mükafatlar Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən təqdim olunub. Əvvəlcə birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən QMİ Qazılar Şurasının sədri, ilahiyyatçı-alim Vasim Məmmədəliyevə "Qızıl çinar" beynəlxalq mükafatı verildiyi elan edilib, bu münasibətlə V. Məmmədəliyev A. Paşazadə tərəfindən də mükafatlandırılıb. Sonra QMİ Qazılar Şurasının üzvü, idarənin Ağdam rayon üzrə qazısı Hacı Barat Bağırov vətənə layiqli xidmətinə görə "Müharibə veteranı" adına layiq görülüb. QMİ-nin Qazılar Şurasının üzvü, idarənin Bərdə bölgəsi üzrə qazısı Hacı Ramazan Hüseynov və idarənin Tərtər rayon Cümə məscidinin axundu Hacı Sadiq Cəfərov Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında gənclər arasında vətənpərvərlik ruhunun aşılanması, veteranların şəhid ailələrinin sosial problemlərinin yaxından həllində iştirakına görə "Fədai" medalı ilə təltif ediliblər. QMİ-nin Beyləqan rayon "Cərciz Peyğəmbər" ziyarətgahının axundu Həci Mirsəcad İmranov isə "Vətən Naminə" medalı ilə təltif olunub.
Tədbirin davamında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan ayı boyunca din xadimlərinə çıxışlarında, xüsusilə axund və imamlara moizələrində məzhəb adı çəkməyi, sünni və şiə fərqləndirmələrini qadağan edib. Bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları bununla bağlı ona məlumat versə, həmin din xadimi barəsində tədbir görüləcək. O, qeyd edib ki, Komitə ilə bu məsələdə birgə nəzarət həyata keçiriləcək: "Ona görə də indidən sizə ay boyunca, ümumiyyətlə çıxış və moizələrinizdə məzhəb adı çəkərək fərqliliyə yol vermək, məzhəb ayrı-seçkiliyi salacaq ifadələr işlətməyi qadağan edirəm. Əgər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları bununla bağlı mənə hər hansı siqnal çatdırsalar, dərhal tədbir görüləcək. Çünki bizdə məzhəb fərqliliyi yoxdur, olmayacaq". Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə axund və imamlara, ümumiyyətlə, bütün dindarlara Ramazan ayında iftardan əvvəl məclislərdə iştirak etməməyi tövsiyyə edib. Bildirib ki, heç bir müsəlman din xadimi Ramazan ayında iftardan əvvəl məclislərin iştirakçısı və təşkilatçısı olmamalıdır: "Biz nümunə olmalıyıq. Siz də mənim nümayəndələrimizsiniz. Ona görə belə məsələdə diqqətli olun. Əvvəldən deyirəm ki, biləsiniz, sonra məni tutduğunuz vəzifədən kənarlaşdırmaq barədə qərar vermək məcburiyyətində buraxmayın. Çünki əks halda belə qərar verəcəyəm". Qafqaz Müsəlmanları İdarəsinin sədri axund və imamlara, digər din xadimlərinə çıxış və xütbələrində başqa ölkələrdə baş verən hadisələrə toxunmamaqla bağlı da xəbərdarlıq edib. O, qeyd edib ki, bundan sonra din xadimləri bu məsələdə qəti diqqətli olmalıdırlar: "Tapşırmışam ki, ancaq Azərbaycanda baş verənlərlə bağlı danışsınlar, fikirlərini bildirsinlər, başqa ölkələrin işinə qarışmasınlar. Ümumiyyətlə, dindarlar özbaşına bəyanat verməsinlər".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki,Azərbaycanın tarixən formalaşmış dövlət-din münasibətləri modelini çökdürməyə çalışanlar var. Komitə sədri qeyd edib ki, Azərbaycanın tarixən formalaşmış dövlət-din modelini təftiş etməyə çalışan, onu dəyişdirməyə çalışan qüvvələr var: "Hər kəs, xüsusilə dindarlar diqqətli olmalıdırlar. Azərbaycanın dövlət-din münasibətləri modelinin dəyişdirilməsinə cəhdlər radikal qruplara qarşı birgə mübarizəmizi zəruri edir. Çünki bizim tarixən formalaşmış modeli çökdürmək dini ənənələrimizi məhv etmək deməkdir. Ona görə də bu cür cəhdlərə qarşı birgə mübarizə aparılmalıdır". Komitə sədri eyni zamanda bölgələrdə komitə əməkdaşlarının tədbirlərində QMİ nümayəndələrinin yaxından iştirakını da tövsiyə edib. O həmçinin xurafatla bağlı bəzi dindarlara irad da tutub: "Əgər dindar hər hansı məclisdə falçılıqdan, xurafata şamil olunan şeylərdən danışırsa, demək, o, dindar deyil". Sonra QMİ Qazilər Şurasının Mübarək Ramazan ayının başlanması ilə bağlı Fətvası oxinnib. Fətvada bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 27 may 2017-ci ilə təsadüf edəcəkdir. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaqdır. Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyun ayının 26-na təsadüf edəcəkdir: "Azərbaycan hökumətinin dini bayramlarımız olan Ramazan və Qurban bayramlarına ehtiramının göstəricisi kimi bu bayramlar dövlət səviyyəsində qeyd olunur. Bu, dövlətimizin dini dəyərlərə ehtiram və qayğısının təzahürü, din-dövlət münasibətlərinin yüksək səviyyəsindən irəli gələn məqamdır. Bu ehtiramlı münasibət, habelə 2017-ci ilin Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən İslam Həmrəyliyi İli elan olunması dindarlar tərəfindən minnətdarlıqla qarşılanır. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür".
Alim