Azərbaycan Yay Olimpiya Oyunlarını keçirməyə də qadirdir

Son zamanlar ölkəmizdə idmana olan maraq, idman sahəsində  kütləviliyin təmin edilməsi Azərbaycanın idman ölkəsi kimi tanınmağına imkan yaradıb. Dünyanın ən nüfuzlu idman təşkilatları gənc dövlət olan Azərbaycanın, idmançılarımızın nəyə qadir olduğunu artıq bilir. İdmanın bütün sahələrində güclü olan Azərbaycan idmançıları bayrağımızı Avropa, dünya çempionatlarında şərəflə dalğalandırmaqda davam edirlər. Azərbaycanda idmana və idmançılara göstərilə qayğı, dövlətin həyata keçirdiyi idman siyasətin bu sahənin kütləviliyinə şərait yaradıb. Maraqlıdır, Azərbaycan növbətin beynəlxalq idman yarışlarının ölkəmizdə keçirilməsinə imza ata bilərmi?

Bunun üçün ölkəmizin potensialı və təcrübəsi var

Son zamanlar ölkəmizdə idmana olan maraq, idman sahəsində  kütləviliyin təmin edilməsi Azərbaycanın idman ölkəsi kimi tanınmağına imkan yaradıb. Dünyanın ən nüfuzlu idman təşkilatları gənc dövlət olan Azərbaycanın, idmançılarımızın nəyə qadir olduğunu artıq bilir. İdmanın bütün sahələrində güclü olan Azərbaycan idmançıları bayrağımızı Avropa, dünya çempionatlarında şərəflə dalğalandırmaqda davam edirlər. Azərbaycanda idmana və idmançılara göstərilə qayğı, dövlətin həyata keçirdiyi idman siyasətin bu sahənin kütləviliyinə şərait yaradıb. Maraqlıdır, Azərbaycan növbətin beynəlxalq idman yarışlarının ölkəmizdə keçirilməsinə imza ata bilərmi?

Xatırladaq ki, Prezident İlham  Əliyev  IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdə qeyd edib ki, idman hər bir ölkənin ictimai həyatında xüsusi yer tutur və bu gün idmanın inkişafı, bax, bu gözəl nəticələrə gətirib çıxarır: "Biz haqlı olaraq öz qələbələrimizlə fəxr edirik, eyni zamanda, sizin nümunəniz, bu Oyunlarda idmançılarımızın qələbələri, əminəm ki, yaxın gələcəkdə idman bölmələrinə uşaqların axınını daha da sürətləndirəcək. Çünki biz hər dəfə növbəti böyük idman qələbəsindən sonra görürük ki, idmanla məşğul olmaq istəyənlərin sayı artır, uşaqlar, yeniyetmələr idman bölmələrinə üz tuturlar, sizin kimi olmaq istəyirlər, sizə oxşamaq istəyirlər. Gənc nəsil, uşaqlar görəndə ki, dövlət idmançıları qiymətləndirir, onları mükafatlandırır, onlara bütün şəraiti yaradır, əlbəttə, idmana daha da böyük maraq olacaq. Bu da nəticə etibarilə Azərbaycan gəncliyinin, xalqının sağlamlığına xidmət göstərəcək. Əlbəttə ki, biz idmançılarımızın uğurları ilə fəxr edirik və bu, bizim ölkəmizin şöhrətini artırır. Ancaq, eyni zamanda, bundan az əhəmiyyət daşımayan məsələ idmanın kütləviliyidir. İdman sağlam həyat tərzidir və biz hamımız çox istəyirik ki, Azərbaycanda sağlam həyat tərzi yanaşması üstünlük təşkil etsin. Bu gün bu, belədir, dövlət siyasəti də məhz bu istiqamətdə aparılır və eyni zamanda, sizin qələbələriniz bizim siyasətimizi dəstəkləyir".

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev qeyd edib ki, qələbələrə adlarını yazdıran idmançılarımızın sayı günü-gündən artır. Bu isə onu deməyə əsas verir ki, idmançılarımız onlara göstərilən dövlət qayğısından bəhrələnir, daha da ruhlanırlar: "Dövlət başçısının şəxsən yarışlara gəlməsi, idmançılara dəstək olması, onları izləməsi, medallar təqdim etməsi xoşbəxtlik demək deyilmi?! Hesab edirəm ki, məhz cənab Prezidentin diqqət və qayğısı sayəsində idmançılarımızın fiziki hazırlıqları yüksək səviyyədədir və bu yarışa da idmançılarımız yüksək səviyyədə hazırlaşıblar. Onların texniki bazaları günbəgün gücləndirilir, hər şərait yaradılır. Bunu qazanılan medalların sayından da görmək mümkündür. İnanıram ki, medal sayına görə digər ölkələrdən üstün olaraq öz gücümüzü göstərəcəyik". Onun sözlərinə görə, müxtəlif idman yarışlarınən Azərbaycanda keçirilməsi əlbəttə ki, bir günün qərarı deyil, bu, günlərlə, aylarla verilən qərarın nəticəsidir: "Ölkəmizə gəlib buradakı sabitliyi, təhlükəsizlik orqanlarının fəaliyyətini görən təşkilat komitələrinin rəylərindən görmək olar ki, nə zamansa Olimpiya Oyunları da Azərbaycanda keçirilə bilər. İdman arenalarının, qurğularının sayı çoxaldıqca bizdə əminlik daha çox artmağa başlayır. İnanırıq ki, yüksək təşkilatçılığı ilə yarışlara möhürünü vuran Azərbaycan bir gün Olimpiya Oyunlarına da ev sahibliyi edəcək".

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Milli Məclisin üzvü  Ağacan Abiyev qeyd edib ki, ölkəmizdə Bakı-2017 İslam Həmrəyliyi Oyunları böyük uğurla yekunlaşdı. Bu oyunlar müsəlman dünyasında  həmrəyliyin, xalqlar və dövlətlər arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm bir addım oldu. Onun sözlərinə görə, Azərbaycan bir daha sübut etdi ki, o müasir dünyəvi bir dövlət olmaqla bərabər eyni zamanda din və vicdan azdlığı bərqərar olan, tolerantlığın, multikulturalizmin yüksək səviyyədə qorunub saxlanıldığı, bu sahədə düyaya nümunə göstəriləcək bir ölkədir: "Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyəti nəticəsində Bakı-2017 İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olundu. Beləliklə də, Azərbaycan növbəti tarixi uğra imza atdı. Bütün bu naliyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu  siyasətinin nəticəsində əldə olunur. Bu gün hər vətəndaş ölkəmizin uğurları ilə qürur duyur. Çünki Azərbaycan hazırda dünyada söz sahibi olan, beynəlxalq müstəvidə nüfuzlu dövlətdir. Son illərdə Azərbaycanın irimiqyqasli beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsi də deməyə əsas verir ki, Azərbaycan Yay Olimpiya Oyunlarını keçirməyə də qadirdir".

Zəka 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31