Dini radikalizmə qarşı mübarizənin əhəmiyyətindən danışlıb
Lerik rayonu Lüləkəran kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
24 May 2017 13:13 SosialLerik rayonu Lüləkəran kənd məscidi dini icması tərəfindən həyata keçirilən "İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti" adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov İslam dininin sülh, həmrəylik və birlik dini olduğunu qeyd edərək, ənənəvi islami dəyərlərin təbliğ olunmasının dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov və başqaları çıxışlarında humanist və sülhsevər ideyalarla, dəyərlərlə zəngin olan İslam dininin olduğu kimi təbliğ olunmasının vacibliyindən, dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin gücləndirilməsinin əhəmiyyətindən danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.