Siyasi şərhçi: “Azərbaycan göstərir ki, İslam dünyası bəşəri mədəniyyətin bir parçasıdır”

“Dünyanın ayrı-ayrı ölkələrində islamafobiyanın kökləndiyi, İslam dünyasına qarşı hücumların baş veridiyi bir zamanda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi və müsəlmanların bir araya gətirilməsi böyük cəsarət tələb edir. Azərbaycan bu mötəbər tədbirə yüksək səviyyədə təşkilatçılıq etdi”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

"Dünyanın ayrı-ayrı ölkələrində islamafobiyanın kökləndiyi, İslam dünyasına qarşı hücumların baş veridiyi bir zamanda "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi və müsəlmanların bir araya gətirilməsi böyük cəsarət tələb edir. Azərbaycan bu mötəbər tədbirə yüksək səviyyədə təşkilatçılıq etdi". Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında İslam dini bütövlükdə bəşəri dəyər kimi təqdim olundu: "Azərbaycan dünyaya göstərir ki, İslam dünyası bəşəri mədəniyyətin bir parçasıdır. Bu, çox  önəmli faktordur. Həm Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında, həm də "Bakı-2017"nin açılış və bağlanış mərasimlərində İslamın bəşəri din olduğu, bəşəri dəyərlər daşıdığı xüsusilə önə çəkildi".

E.Mirzəbəyli vurğulayıb ki, İslamın sülh dini olmasını Azərbaycan bir daha dünyaya nümayiş etdirdi: "Ölkəmiz bu günə qədər  keçirdiyi bütün tədbirlərdə yüksək  peşəkarlıq ortaya qoyub. Bütün dünya da Azərbaycanın nailiyyətlərinin şahidi olub. Cənab Prezidentin fikirləri, Azərbaycanın apardığı işlər dünyaya mesajdır ki, İslama bəşəri mədəniyyətin tərkib hissəsi kimi yanaşmaq, humanizm fəlsəfəsini önə çəkmək lazımdır. İslam bir insanın öldürülməsini bütün bəşəriyyətin öldürülməsi kimi qiymətləndirir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31