Azərbaycan yeni zəfərə imza atdı

IV İslam Həmrəyliyi Oyunları başa çatsa da, lakin hələ də bu oyunlar barədə müzakirələr aparılır, Azərbaycanın bu yarışlara yüksək səviyyədə evsahibliyi etməsi barədə müsbət fikirlər səsləndirilir. Əksəriyyət xarici ölkə mediası, televiziya və radioları da IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm şəkildə təşkilindən yazır, buna görə Azərbaycana təşəkkür ifadə edilir. Birmənalı olaraq qeyd edilir ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmək və onu yüksək səviyyədə həyata keçirməklə daha bir tarix yazdı.

Eldəniz Səlimov: "Bu oyunlar İslam həmrəyliyini gücləndirəcək"

IV İslam Həmrəyliyi Oyunları başa çatsa da, lakin hələ də bu oyunlar barədə müzakirələr aparılır, Azərbaycanın bu yarışlara yüksək səviyyədə evsahibliyi etməsi barədə müsbət fikirlər səsləndirilir. Əksəriyyət xarici ölkə mediası, televiziya və radioları da IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm şəkildə təşkilindən yazır, buna görə Azərbaycana təşəkkür ifadə edilir. Birmənalı olaraq qeyd edilir ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmək və onu yüksək səviyyədə həyata keçirməklə daha bir tarix yazdı. Reportajlarda, yazılarda ölkəmizin bundan əvvəl Birinci Avropa Oyunları, "Formula-1" yarışlarına da evsahibliyi etdiyi və qeyd edilən tədbirləri də möhtəşəm şəkildə təşkil etdiyi vurğulanır. Elə əksəriyyət ekspertlər, siyasi şərhçi analitiklər də bu qənaətdədir. Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, Azərbaycan bir daha dünyaya nələrə qadir olduğunu sübuta yetirdi. Eldəniz Səlimov bildirib ki, Azərbaycan öz tarixində, idman həyatında yeni uğura, yeni zəfərə imza atmış oldu: "Ölkəmiz iki il öncə Birinci Avropa Oyunlarını necə möhtəşəm və əzəmətli şəkildə reallaşdırmışdısa, həmin Oyunlara necə layiqli və uğurlu ev sahibliyi etməyi bacarmışdısa, may ayının 22-də bağlanış mərasimi keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarını da o cür möhtəşəm və əzəmətli şəkildə reallaşdırdı, "İslamiada"ya da hamının yaddaşından illərlə silinməyəcək, dərin izlər buraxacaq şəkildə uğurlu, layiqli ev sahibliyi etdi. Möhtəşəm açılış mərasimi ilə srart götürən İslam Oyunları möhtəşəm və ecazkar bağlanış mərasimi ilə də yekunlaşdı, sonuclandı. İslam, müsəlman aləmi, bütün dünya bir daha Azərbaycanın nələrə qadir olduğunu, nələri etməyi bacardığını öz gözləri ilə görmüş, bunlara canlı şahidlik etmiş oldu. Dünya bir daha bildi və şahid oldu ki, Azərbaycan nəyi və nələri etməyi qarşısına məqsəd qoyursa, onu da layiqincə reallaşdırmağı, həmin məqsədinə də nail olmağı bacarır" . Millət vəkili onu da bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsində, yarışların bu cür möhtəşəm şəkildə baş tutmasında ən böyük əziyyət və ən müstəsna xidmətlər heç şübhəsiz ki, ölkə Prezidenti İlham Əliyevlə birinci vitse-prezident Mehriban Əliyevaya məxsusdur: "Məhz bu iki fədakar insanın sayəsində Azərbaycan növbəti "İslamiadaya" ev sahibliyi etdi, İslam Oyunlarının uğurlu və layiqli şəkildə reallaşdırılmasına nail oldu. Ona görə də hər birimiz bu insanlara borclu və minnətdarıq. Onlar bizim fəxrimiz və qürurumuzdur". Millət vəkili Eldəniz Səlimov Azərbaycan idmançılarının İslam Həmrəyliyi Oyunlarında göstərdiyi nəticələrə də toxunaraq xatırladıb ki, idmançılarımız "İslamiada"da 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci olublar: "Dövlət başçımızın İslam Həmrəyliyi Oyunlarına qatılmış və böyük uğur əldə etmiş idmançılarımızla keçirdiyi görüşdə də qeyd etdiyi kimi, bu, böyük tarixi qələbədir. Yəni, nəzərə alsaq ki, bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti artır. Prezidentin də qeyd etdiyi kimi lbəttə, biz hamımız yaxşı bilirik ki, bu qələbə təsadüfi qələbə deyil: "Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır". Elə hesab edirəm ki, bu sözlərə əlavə şərhə, izahata da ehtiyac yoxdur. Çünki nələr deyilməsi, söylənilməsi lazımdırsa, hamısı burada öz əksini tapıb, deyilib, söylənilib". Millət vəkili onu da əlavə edib ki, İslam Həmrəyliyi Oyunları eyni zamanda, İslam həmrəyliyini gücləndirəcək: "Cənab Prezidentin də bəyan etdiyi kimi, Azərbaycanın əsas məqsədi ondan ibarətdir və ondan ibarət olub ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin. Çox sevindirici və əlamətdar haldır ki, həqiqətən cənab Prezidentin söylədiyi kimi də oldu. Yəni, biz bunu yarışlarda da gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar. Ona görə də hesab edirəm və inanıram ki, ölkəmizin apardığı siyasət və bu Oyunlarda verdiyi töhfə müsəlman aləminin birləşməsinə, həmrəyliyinə gətirib çıxaracaq. Buna hər kəs tam əmin olsun".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31