İngiltərə bu qadından danışır - Terror zamanı qaçan uşaqları... 

İngiltərə mediası Mançesterdə baş verən partlayış sonrası yaranan qarmaqarışıqlıqda uşaqları bir-bir hadisə yerindən uzaqlaşdıraraq ailələrinə təhvil verən Paula Robinsondan danışır.

İngiltərə mediası Mançesterdə baş verən partlayış sonrası yaranan qarmaqarışıqlıqda uşaqları bir-bir hadisə yerindən uzaqlaşdıraraq ailələrinə təhvil verən Paula Robinsondan danışır.

48 yaşlı Paula Robinson konsertdən sonra ortalıqda qalan uşaqlara sahib çıxıb.  Təxminən 50 uşağı konsert keçirilən ərazidən uzaqlaşdıran qadın sosial şəbəkədə çağırış edərək uşaqları ailələrinə təhvil verib.
Partlayış zamanı "Mançester Arena"nın yaxınlığında qatar stansiyasında olan Paula Robinson (48) konsert salonundan qaçışan uşaqlardan əllisini sakitləşdirib ətrafdakı bir hotelə aparıb.

Qeyd edək ki, İngiltərədəki terror hücumunda həyatını itirdiyi açıqlanan ilk şəxs 16 yaşlı Ceorcina Kallender olub. Kallender pop ulduz Qrandanın iki il əvvəlki konsertinə də gedərək, məşhur ulduzla foto da çəkdiribmiş. Xatırladaq ki, Mançeterdəki partlayış nəticəsində 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Milli.az Hürriyet-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31