Hacı Quliyevin Türkiyə səfəri nə ilə bağlıdır?

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, Dünya Gənclər Konseyinin başqanı, tanınmış ictimai xadimi Hacı Quliyev Türkiyəyə səfər edib. Hacı Quliyev "Olaylar" - a açıqlamasında bildirib ki, səfər zamanı o bir sıra telekanallarda iştirak edəcək və Türkiyənin rəsmi şəxsləriylə görüşləri gözlənilir. H.Quliyev Türkiyəyə DAMM və İctimai Nəzarət Koalisiyasının Xarici Əlaqələr Şöbəsinin müdiri Nəcəf Qənbərov ilə birgə səfər edib.

İctimai xadim bundan əvvəl də dünyanın bir çox ölkələrinə, xüsusiylə qardaş ölkə-Türkiyəyə dəfələrlə səfər edib. Onun səfərlərinin başlıca məqsədi Azərbaycan milli mədəniyyətinin təbliğ etmək və Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31