Alman deputatlar Türkiyədən imtina etdilər
24 May 2017 10:06 DünyaAlmaniya Bundestaqının bir qrup deputatı Türkiyəyə planlaşdırılan səfərdən imtina edib. Səfərin hansı səbəbdən təxirə salındığı açıqlanmır. Bundestaqın vitse-prezidenti Klaudia Rotun bunun səbəbini mayın 24-də açıqlayacağı gözlənilir. Rot və daha üç deputat konstitusiya ilə bağlı keçirilən referendum və onun nəticələri, həmçinin Türkiyədəki daxili vəziyyət və ölkənin Avropa İttifaqı ilə münasibətlərini müzakirə etmək üçün Ankara, Diyarbəkir və İstanbula səfər etməli idilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31