Ana ölümlərinin profilaktikasına həsr olunmuş tədbir
24 May 2017 10:04 SosialRespublika Perinatal Mərkəzində Bakı Baş Səhiyyə İdarəsi Doğuşayardım Komissiyası ilə birlikdə ana ölümlərinin profilaktikasına həsr olunmuş tədbir keçirilib. Nazirlikdən "Olaylar" - a bildirlib ki, tədbirdə Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova 2016-cı ildə Azərbaycanda baş verən ana ölümlərinin təhlilini apararaq, onların əsas səbəbləri və onların aradan qaldırılması yolları barədə məlumat verilib.
Tədbirdə Azərbaycanda ana ölümlərinin əsas səbəbləri olan preeklampsiya, qanaxma, tromboemboliyaların müayinəsi, müalicəsi və profilaktikasına dair yeni yanaşmalar təqdim edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31