"Qarabağ" 900 min avroya italiyalı hücumçu alır
"Qarabağ" klubunun transfer etmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib. Bu, hazırda İtaliya B Seriyasında "Trapani" komandasında çıxış edən hücumçu Nikola Çitrodur.
24 May 2017 11:27 İdman"Qarabağ" klubunun transfer etmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib. Bu, hazırda İtaliya B Seriyasında "Trapani" komandasında çıxış edən hücumçu Nikola Çitrodur.
"Fişano Messisi" ləqəbli Çitroya 3 illik müqavilə və ildə 900 min avro əmək haqqı təklif olunub. 29 yaşlı forvardı A Seriyasına yüksəlməyə yaxın olan "Benevento" da istəyir. Lakin futbolçunun özü "Qarabağ"ın cəlbedici təklifinə müsbət yanaşır.
Qeyd edək ki, Nikola Çitro 2016/2017 mövsümündə 5 qol vurub və 3 məhsuldar ötürmə verib. O, 2 dəfə sarı vərəqə ilə cəzalandırılıb, 1 matçda isə meydandan qovulub. Report.az "Tuttomercatoweb" nəşrinə istinadən xəbər verir.