Gündəm
Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor
Melaniya Tramp yenə ərini pərt etdi
Yenidoğulmuşların skrininqi üzrə dəyirmi masa
Ən istedadlı bürclər hansıdır?
Hər bir insanın öz istedad və nadir qabiliyyəti var. Bu istedadı vaxtında görməyə və üzə çıxarmağa astrologiya kömək edə bilər.
Yaponlar süni insan dərisi yaratdılar
Qeyri-adi kəşfləri ilə tanınan yaponiyalı alimlər daha bir yeniliyə imza atıblar. Yaponiyada inanılmaz dərəcədə təbii insan dərisinə oxşayan süni dəri yaradılıb. Süni dəri normal insan dərisi kimi tər vəzlərinə və tük örtüyünə sahibdir. Kiçik fincanların içərisində yaradılan dərinin keyfiyyətinin öyrənilməsi üçün laboratariya müşahidəsinə aparıldığı deyilir. Laboratoriyada gəmiricilərin üzərinə implantasiya olunan dəri orqanizmə adaptasiya ola bilir. Gəmiricilərin orqanizmi süni dəriyə heç bir kənar reaksiya verməyib. İki həftə sonra dərinin üzərində tüklər yaranmağa başlayıb.
Gənc Tamaşaçılarda bu həftə
“Samsung” şirkəti uzadıla bilən OLED displey hazırlayıb
"Samsung" şirkəti dünyada ilk uzadıla bilən ekran təqdim edəcək. Yeni displey 23-25 may tarixlərində keçiriləcək "SID" ("Society for Information Display") konfransında nümayiş etdiriləcək. İndi "Samsung" şirkəti yalnız bir istiqamət üzrə bükülən ekranlar istehsal edir, yeni displeyi isə hər iki istiqamət üzrə istənilən formada əymək, bükmək mümkündür. Ekranın ölçüsü 9,1 düymdür (23 sm), onun səthi 12 mm uzadıla bilər və mobil qurğu və avtomobillərdə tətbiq edilə bilər.
“Nokia” şirkətinin yeni qabaqcıl smartfonunun xarakteristikaları məlum olub
“FrAndroid” portalının jurnalistləri ikiqat kamera ilə təchiz edilmiş yeni qabaqcıl “Nokia 9” smartfonunu sınaqdan keçiriblər. Mənbə qeyd edir ki, smartfon xüsusi çexolun içində olub və bu, cihazın dizaynını qiymətləndirməyə imkan verməyib. Smartfon 2560x1440 nöqtə təsvir ölçülü 5,27 düymlük displeylə təchiz edilib və “Always On Display” funksiyasını dəstəkləyir. Həmçinin 8 nüvəli “Qualcomm Snapdragon 835” prosessoru və 4 QB əməli yaddaşa malikdir. Smartfon “Android 7.1.1” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.
“Selfie” üçün yeni smartfon təqdim edilib
"Oppo" şirkəti "selfie" həvəskarları üçün nəzərdə tutulan yeni "Oppo A77" smartfon modelini nümayiş etdirib. Bu məqsəd üçün qurğuda əlavə xüsusi portret rejimi və "Beauty 4.0" təsvirlərinin dərhal emalı üçün alətlər dəstindən ibarət "f/2,0" maksimal diafraqmalı 16 meqapikselli ön kamera quraşdırılıb. Smartfon 1920х1080 (Full HD) piksel təsvir ölçülü 5 düymlü ekran, 1,5 qiqahers takt tezlikli səkkiznüvəli "MediaTek MT6750T" prosessor, 4 qiqabayt operativ və 64 qiqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz edilib.
“WannaCry” virusundan zərərçəkənlərin 98%-dən çoxu “Windows 7” sisteminin istifadəçiləridir
"WannaCry" virusuna yoluxma hallarının 98%-i "Windows 7" sisteminin idarəetməsi altında işləyən kompüterlərin payına düşür, həm də yoluxmaların 60%-dən çoxu sözügedən sistemin 64 bitlik versiyasına zərər vurub. "Kasperski Laboratoriyası"nın analitikləri bildiriblər. Statistikaya görə, sözügedən virusa yoluxmuş kompüterlərin 1%-dən az hissəsi "Windows Server 2008 R2" və "Windows 10" (0,03%) sistemləri ilə işləyir. "Kasperski Laboratoriyası"nın mütəxəssisi Kostin Rayunun sözlərinə görə, "Windows XP" əməliyyat sistemi ilə işləyən kompüterlərin sözügedən virusa yoluxma halları cüzidir".
Beynəlxalq tənzimləmə informasiya texnologiyalarının inkişafına kömək edəcək
"InfoWatch" şirkətlər qrupunun prezidenti Natalya Kasperskaya mayın 21-23-də informasiya təhlükəsizliyi üzrə Dubayda keçirilən ümumdünya "Gulf Information Security Expo & Conference" (GISEC) forumu çərçivəsində "Əşyalar interneti" (IoT) texnologiyalarının qlobal inkişafı ilə əlaqədar təhlükələr haqqında danışıb. "Ağıllı" şəhərlərin inkişafına həsr edilən müzakirələr zamanı şirkət rəhbəri qeyd edib ki, "IoT" texnologiyalarının müxtəlif protokol, arxitektura və proqram təminatından istifadə etməsi nəticəsində dünyada yüz minlərlə qurğu mühafizədən məhrum olur. Onun sözlərinə görə, belə avadanlığın kibertəhlükəsizliyini izləmək iqtisadi baxımdan sərfəli deyil.
Hindistanlı tələbə miniatür peyk yaradıb
Hindistanda 18 yaşlı tələbə Rifat Şaaruk ən yüngül və miniatür kosmik aparat yaradıb. Hindistanın keçmiş prezidenti Əbdül Kəlamın xatirəsinə həsr olunan “KalamSat” adlı peyk üçölçülü çap texnologiyası vasitəsilə karbon lifindən hazırlanıb. Məlumata görə, çəkisi 64 qram təşkil edən aparat kub şəklində 4 santimetrlik till uzunluğunda düzəldilib. “KalamSat” miniatür ölçülərinə baxmayaraq bort kompüterləri, eləcə də Yer kürəsinin sürətlənmə, fırlanma və maqnitosferasını ölçəcək 8 ötürücü ilə təchiz edilib.













