“WannaCry” virusundan zərərçəkənlərin 98%-dən çoxu “Windows 7” sisteminin istifadəçiləridir

"WannaCry" virusuna yoluxma hallarının 98%-i "Windows 7" sisteminin idarəetməsi altında işləyən kompüterlərin payına düşür, həm də yoluxmaların 60%-dən çoxu sözügedən sistemin 64 bitlik versiyasına zərər vurub. "Kasperski Laboratoriyası"nın analitikləri bildiriblər. Statistikaya görə, sözügedən virusa yoluxmuş kompüterlərin 1%-dən az hissəsi "Windows Server 2008 R2" və "Windows 10" (0,03%) sistemləri ilə işləyir. "Kasperski Laboratoriyası"nın mütəxəssisi Kostin Rayunun sözlərinə görə, "Windows XP" əməliyyat sistemi ilə işləyən kompüterlərin sözügedən virusa yoluxma halları cüzidir".

"WannaCry" virusuna yoluxma hallarının 98%-i "Windows 7" sisteminin idarəetməsi altında işləyən kompüterlərin payına düşür, həm də yoluxmaların 60%-dən çoxu sözügedən sistemin 64 bitlik versiyasına zərər vurub. "Kasperski Laboratoriyası"nın analitikləri bildiriblər.

Statistikaya görə, sözügedən virusa yoluxmuş kompüterlərin 1%-dən az hissəsi "Windows Server 2008 R2" və "Windows 10" (0,03%) sistemləri ilə işləyir. "Kasperski Laboratoriyası"nın mütəxəssisi Kostin Rayunun sözlərinə görə, "Windows XP" əməliyyat sistemi ilə işləyən kompüterlərin sözügedən virusa yoluxma halları cüzidir".

"WannyCry" virusunun özəl cəhəti öz-özünə çoxalma funksiyasıdır.

Ekspertlərin məlumatına görə, fırıldaqçı proqram təminatından zərərçəkənlərin sayı artıq 400 mini ötüb."ICTnews" Elektron Xəbər Xidməti "securitylab.ru" saytına istinadən yazır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31