Gənc Tamaşaçılarda bu həftə

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 25-28 may tarixlərində 8 adda müxtəlif janrlı tamaşalar təqdim edəcək.

May ayının 25-də görkəmli dramaturq Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları", ayın 26-da Y.Abramov və L.Bəyimin aprel şəhidlərinin xatirəsinə həsr etdikləri "Yarımçıq qalmış", ayın 27-də saat 12.00 və 14.00-da məktəblilər üçün A.Lindqrenin "Balaca və damda yaşayan Karlson", axşam, böyüklər üçün Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" və may ayının 28-da Respublika Günü münasibətilə saat 12.00, 14.00 və 16.00-da A.Tolstoyun "Buratinonun macəraları" tamaşaları nümayiş etdiriləcək.

Məlumat üçün bildiririk ki, tamaşalara biletləri şəhərimizin bütün teatr-tamaşa müəssisələrinin kassalarından, ASAN Xidmət Mərkəzinin filiallarından, habelə, www.iticket.az saytına daxil olmaqla onlayn vasitəsilə əldə etmək mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31