Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor
24 May 2017 10:01 DünyaEfiopiyanın sabiq səhiyyə naziri Tedros Adanom Qebreisus Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yeni baş direktor seçilib. Bu qərar Cenevrədə keçirilən 70-ci Ümumdünya Səhiyyə Assambleyasının iclasında qəbul olunub. Bu barədə rəsmi olaraq plenar iclasda elan olunub. Bildirilir ki, 51 yaşlı Tedros Adanom Qebreisus Eritreyanın paytaxtında və Londonda təhsil alıb, "İctimai səhiyyə" ixtisası üzrə elmlər doktoru dərəcəsinə yiyələnib. O, 2005-2012-ci illərdə Efiopiyanın Səhiyyə Nazirliyinə rəhbərlik edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31