Gündəm
"Anamdan başqa itirəcəyim kimsəm yoxdur"
Aparıcı Seren Serengilin müğənni Əmrahın oğlu Tayfunun atasından o ölmədən ev istəməsi iddialarına qarşı tərəfin cavabı gecikməyib.
Musiqili Teatrda bu həftəsonu
Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 26, 27, 28 may tarixlərində saat 12.00 və 19.00-da "Qafqazlı qardaşqızı" (R. Hacıyev), "Qızıl cücə" (V. Ulanovski, V. Orlov), "Toya bir gün qalmış" (Ə. Səmədli), "Qırmızı papaq" (E. Sabitoğlu, Y. Şvarts), "Amerikalı kürəkən" (R. Mirişli, M. Haqverdiyev) tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları - Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Səmayə Musayeva, Svetlana Bulax, Boris Qrafkin, Emma Məlikova, Ələkbər Əliyev, Almaz Ələsgərli, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, aktyorlar Firuz Məmmədov, Marina Litvinenko, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Əliməmməd Novruzov, Elnarə Nağdəliyeva, Hüseyn Əlili, Mehriban Zalıyeva, Rauf Babayev, Nicat Əli, Ruslan Mürsəlov, Gültac Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Fərid Rzayev, Səməd Xasıyev, Eleanora Mehdiyeva və başqalarının ifalarını izləyə biləcəklər.
Dəniz Seki həbsdən 2 saat gec çıxacaq
İyunun 5-də həbsxanadan çıxması gözlənilən Dəniz Seki təxliyyəsini 2 saat gecikdirib. Bakırköy Cəzaevindən axşam saat 18:00-da çıxmalı olan Seki Ramazan ayı səbəbindən iftardan sonra həbsxananı tərk edəcək. Müğənni bunu onu çöldə gözləyəcək jurnalistlərin oruclarını aça bilmələri üçün edəcək.
Sane Konfederasiyalar Kubokundan kənarda qalacaq
"Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sane Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunda iştirak etməyəcək. Almaniya millisinin üzvü yayda əməliyyat olunacaq. "Tibbi personalla məsləhətləşəndən sonra qərara aldım ki, yeni mövsümdə daha sağlam olmaq üçün əməliyyat keçirim" - Sane deyib.
“Azercell”in onlayn ingilis dili kurslarında iştirak edəcək jurnalistlər bəlli olub
“Azercell Telekom” MMC-nin jurnalistlər üçün təşkil etdiyi onlayn ingilis dili kurslarına qəbul başa çatıb. Mobil operatordan verilən məlumata görə, kurslara qatılmaq üçün [email protected] ünvanına istək ərizələrini göndərən ilk 50 jurnalist ingilis dili kurslarına qatılmaq imkanı qazanıb:
Spaletti Milan klubuna gedir
"Roma"nın baş məşqçisi Luçano Spaletti yaxın zamanda iş yerini dəyişəcək. Təcrübəli mütəxəsisin xidmətində "İnter" maraqlıdır.
Zaur Məmmədov: “İslam oyunları bütün oyunlardan fərqli idi”
“Bakıda keçirilən İslam oyunları bundan əvvəl keçirilən bütün oyunlardan fərqli idi. Sözün hər bir mənasında hər bir mənada biz Azərbaycanın yarışlara yüksək səviyyədə hazırlamasının şahidi olduq. İdmançıların sayından tutmuş, iştirakçı ölkələrin sayına qədər Azərbaycanda keçirilən yarışlar hələlik bir ilkdir”. Bunu politoloq Zaur Məmmədov IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin nitqinə münasibət bildirərkən deyib.
"Disney"in sabiq baş katibi ingilis klubu alır
"The Walt Disney Company"nin sabiq baş katibi Maykl Aysner İngiltərənin "Portsmouth" klubuna sahib çıxmaq istəyir. 75 yaşlı amerikalı klub səhmlərinin 48.5%-ni almağa hazırlaşır. Bunun üçün onun şirkəti "Tornante Investment Group" 5.57 milyon funt ödəyəcək. Aysner komandaya əlavə 10 milyon funt də investisiya yatıracaq. "Portsmouth"un ev oyunlarını keçirdiyi "Fratton Park"ın rekonstruksiyasına ən azı 5 milyon funt ayrılacaq. 2015-ci ildə "Forbes" Aysnerin sərvətini 1 milyard dollar həcmində qiymətləndirmişdi
Deputat: "İslamiada Azərbaycana uğur gətirdi"
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İslamiadanın qalibləri və onların məşqçiləri ilə keçirilən görüşdə İslam oyunlara düzgün qiymət verərək bildirdi ki, IV İslam Həmrəylik Oyunları Azərbaycanın beynəlxalq nüfuzunun, mədəniyyətimizin, qonaqpərvərliyimizin, ölkəmizdə idmana göstərilən diqqət və qayğının bir daha göstəricisi oldu”. Bunu Milli Məclisin deputatı Musa Quliyev deyib.
Azərbaycan yenidən tarixi qələbə qazandı
"Müsəlman aləmi daim birlik, həmrəylik nümayiş etdirməlidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunları zamanı biz bütün dünyaya bu həmrəyliyi nümayiş etdirdik: "Bizim idmançılar bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular.
Pike: "Qızıl top"u Buffon qazansaydı, əla olardı"
"Barselona"nın müdafiəçisi Jerar Pike təcrübəli qapıçı Canluici Buffonun "Qızıl top"a layiq olduğunu deyib. Katalon futbolçu İtaliya telekanallarından birinə açıqlamasında bəzi məsələlərə toxunub.
"Qəbələ" klubu Rəşad Sadiqovla yollarını ayırıb - RƏSMİ
"Qəbələ" klubu futbolçu Rəşad Sadiqovla yollarını ayırıb. Bu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. S.Səfiyarlı bildirib ki, 34 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin uzadılmamasına qərar verilib: "Sadiqov komandamızda çıxış etdiyi 2,5 il ərzində çox kömək etdi. Amma artıq bəzi amilləri nəzərə alaraq, onunla anlaşmanı yeniləməmək qərarına gəldik. Ona gələcək karyerasında uğurlar arzulayırıq".
Naxçıvanla sərhəddə əsgər Xaçatryanı necə öldürüblər?
2014-cü ildə Ermənistan ordusunun Naxçıvanla sərhəddəki postlarından birində öldürülən əsgər Qrişa Xaçatryanın işi Avropa Məhkəməsinə göndərilib. Əsgərin valideyinləri onun ölümü ilə bağlı cinayət işinin qaldırılmasını, günahkarların tapılıb cəzalandırılmasını tələb edir. Hansı ki, Ermənistan hüquq-mühafizə orqanları əsgərin ölümü ilə bağlı "cinayət tərkibi olmadığından" cinayət işinə xitam verib.
Təhsil müəssisələrində 665 artıq ştat aşkarlandı
Təhsil Nazirliyi təhsil müəssisələrinin yerli xərclərinin şəbəkəsində bir sıra nöqsanlar və uyğunsuzluqlar aşkar edib. 2016-cı ildə aparılan araşdırmalar nəticəsində 64 şəhər və rayon üzrə 419 təhsil müəssisəsində normativdən artıq 665 ştat vahidinin mövcudluğu, 49 işçinin 0,25 ştat vahidi ilə, 1140 işçinin 0,25-0,5-dək ştat vahidi ilə, 5261 işçinin isə 0,5-0,75-dək ştat vahidi ilə işləməsi müəyyən edilib. Bu günədək normativdən artıq saxlanılan 28 ştat vahidi ləğv edilib və bununla illik 33,9 min manat məbləğində vəsaitə qənaət edilib.
Ceyms Bond rolunun ifaçısı olmuş Rocer Mur vəfat edib
Məşhur britaniyalı aktyor, ssenarist, prodüser Rocer Mur 89 yaşında İsveçrədə vəfat edib. Ser Rocer Corc Mur tamaşaçılar arasında daha çox 1973-cü ildən 1985-ci ilə kimi canlandırdığı Ceyms Bond rolu ilə məşhurdur. O, hamıdan çox - 12 il ərzində "Agent 007" rolunu canlandırıb.

_().jpg)












