Gündəm
Dünyadakı bütün evlərin ÜMUMİ QİYMƏTİ - İnanılmaz RƏQƏM
Dünyadakı bütün daşınmaz əmlakın qiyməti hesablanıb. Dünya üzrə bütün əmlakın qiyməti 228 trilyon dollardır. Bu evlərin ümumi ortaq qiyməti 82 min dollardan götürülüb. Bununla belə ən bahalı evlər ABŞ və Avropada olduğu müəyyənləşib. Son zamanlar bəzi Afrika ölkələrində də evlərin qiymətində artım müşahidə olunur. Həmçinin məlum olub ki, daşınmaz əmlakın dəyəri qiymətli kağızlarda, sənədlərdə göstərildiyindən daha artıqdır.
Tramp Roma Papası ilə görüşə getdi
ABŞ prezidenti seçildikdən sonra ilk xarici səfərlərini həyata keçirən Donald Tramp Yaxın Şərq səfərini başa vurub. Səudiyyə Ərəbistanı, İsrail və Fələstinə səfəri başa çatdıqdan sonra D.Tramp Vatikana yol düşüb. Burada ABŞ prezidenti Roma Papası I Fransisklə görüşəcək. Daha sonra ABŞ prezidenti Brüsselə NATO iclasına yola düşəcək.
“Bakı-2017”ni yekun mətbuat konfransı keçirilib
Bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının yekunlarına dair mətbuat konfransı keçirilib. İslamiadanın əsas media mərkəzində təşkil olunmuş konfransda gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının baş icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) vitse-prezidenti Çingiz Hüseynzadə, İHİF-in Koordinasiya Komissiyasının üzvü Əşrəf Seyid Dahruq və “Bakı-2017”nin Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva iştirak edib.
Mançesterdə teraktdan sonra 12 uşaq xəstəxanaya yerləşdirilib
İngiltərənin Mançester şəhərində baş vermiş terror aktından sonra 12 uşaq müxtəlif dərəcəli xəsarətlərlə şəhər xəstəxanasına yerləşdirilib. Bunu Mançester şəhər təcili yardım xidmətinin rəhbəri açıqlayıb. Bundan başqa, digər xəstəxanalara da bir neçə uşağın yerləşdirildiyi bildirilir.
"Ermənistan Azərbaycan torpaqlarını işğal edib" - ABŞ-ın keçmiş səfiri
Zalmay Xalilzad Corc Buşun administrasiyası dövründə ABŞ-ın Əfqanıstanda (2003-2005), İraqda (2005-2007) və BMT-də (2007-2009) səfiri olub. O, "Caspian News" internet qəzetinə müsahibə verib. Səfir bu müsahibədə ABŞ-ın Xəzər regionu ilə bağlı xarici siyasəti, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin əhəmiyyəti, BMT-nin bu məsələdəki rolu, ABŞ-ın Rusiya və Şimali Koreya ilə münasibətləri, habelə mənfi stereotiplərin aradan qaldırılması istiqamətində müsəlman və amerikan cəmiyyətinin üzərinə düşən vəzifələr barədə fikirlərini açıqlayıb.
Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Ölkəmizdə keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Memorandumu İqtisadiyyat naziri, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, İran Stolüstü Tennis Federasiyasının prezidenti Mehrdad Əliqardaşi, Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Kerim Koç imzalayıblar. Memorandum idmançıların peşəkarlığının artırılmasını, təcrübə mübadiləsi üçün qarşılıqlı klub-liqa yarışlarında iştirakını, birgə təlim-məşq toplanışlarını və turnirlərin təşkilini, ev sahibi olduğu turnirlərdə digər tərəfin idmançılarının dəvət olunmasını nəzərdə tutur.
Binəqədi gənclərinin xalq artisti Rasim Balayevlə görüşü keçirilib
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının akt zalında Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Bakı Humanitar Kollecinin təşkilatçılığı ilə Binəqədi gənclərinin xalq artisti Rasim Balayevlə “Film kimi keçən ömür” adı altında görüşü keçirilib.
Da Vinçi klonlaşdırılır: alimlər onu yenidən dünyaya qaytaracaqlar
Alimlər son dövrün ən yeni texnologiyalarından istifadə edərək Da Vinçini yenidən həyata qaytarmaq niyyətindədirlər. Yaponiyalı mütəxəssislər bunun üçün şəkillərdə qalmış sonuncu biomaterialları incələmək istəyirlər. Saçlar və dəri toxumaları klonlaşdırmanın müvəffəqiyyətlə nəticələnməsinə kömək edə bilər.
Azərbaycan İslamiadada bilet satışından nə qədər gəlir əldə etdi?
"Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında 59 ölkədən 360 min bilet alınıb". Bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bu gün İslamiadanın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Nazir bilet satışından 3 milyon manata yaxın gəlir əldə olunduğunu bildirib: "Ancaq bu rəqəmlər hələ dəqiqləşdirilir. Bu işlər tam yekunlaşdıqdan sonra dəqiq rəqəmlər açıqlanacaq".
Cinayətkar dəstə üzvü olan Türkiyə millisinin futbolçusu azadlığa buraxıldı
Bu gecə İstanbulda Türkiyəyə qeyri-qanuni yollarla lüks avtomobil gətirən və sənədləri saxtalaşdıran cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı saxlanılan 46 şəxs arasında "Fənəbağça" və Türkiyə millisinin futbolçusu Ozan Tufanın da olduğu barədə məlumat vermişdik.
Baş Prokurorluğ “Bastainfo.com” saytına xəbərdarlıq etdi
Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Bastainfo.com” internet portalında dərc edilmiş məqalədə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələbləri kobud surətdə pozulmaqla Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib.
Xaricdə təhsil almış gənclərə şad xəbər: Dövlət qulluğuna müsabiqədənkənar qəbul ediləcəklər
Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilir.Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna yeni maddə əlavə edilir. Əlavəyə görə, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu zamanı bağlı bu qanunun 28.1-ci maddəsi (28.1 Dövlət qulluğuna qəbul müsabiqə yolu ilə aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir) tətbiq edilmir.
Səfir: "IV İslam Həmrəyliyi Oyunları gənclərin idmana marağını artıracaq"
"Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını Azərbaycanın son illərdə fəal şəkildə təşkil etdiyi idman tədbirlərinin davamı hesab etmək olar". Bunu Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib. O bildirib ki, bu Oyunların gənclərin idmana, eləcə də sağlam həyat tərzinə marağını artıracağına ümid edir. Səfir deyib ki, Oyunların açılış və bağlanış mərasimlərini, eləcə də tennis yarışlarını izləyib.
AŞPA həmməruzəçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təkliflər hazırlayacaq
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mümkün fəaliyyətlərə dair təkliflər hazırlayacaq. Bu barədə AŞPA Monitorinq Komitəsinin Avropa Şurasına üzv ölkələr arasında münaqişələrə dair alt komitəsinin mayın 15-də keçirilmiş iclasında qərar verilib. Qərara əsasən həmməruzəçilər təkliflərini oktyabrda keçiriləcək AŞPA sessiyası çərçivəsindəki iclasların birində təqdim edəcəklər.
Xaçmazda beynəlxalq dolma festivalı keçiriləcək
İkinci beynəlxalq dolma festivalı iyun ayında Xaçmaz şəhərində təşkil olunacaq. “Olaylar” xəbər verir ki, bu barədə AZƏRTAC-a Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev məlumat verib.Xaçmaz şəhərinin şimal girişində yerləşən Çənlibel istirahət parkında təşkil olunacaq festivalda bölgələrimizdə, eləcə də dünyanın bir sıra ölkələrində müxtəlif çeşiddə bişirilən dolmalar sərgilənəcək. Festivalda müxtəlif nominasiya üzrə mükafatlar təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi I Beynəlxalq dolma festivalı 2016-cı ilin iyul ayının 1-də Abşeron rayonunda keçirilib. Festival ölkəmizin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, qədim ənənəyə malik milli mətbəximizin yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət edir.














