Gündəm

2016-cı ilin büdcəsində 147,3 milyon manat artıq vəsait yaranıb

23 May 2017 17:14

2016-cı ilin icmal büdcəsində proqnozlaşdırılmış 8827,8 milyon manat  kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 147,3 milyon manat büdcə artıqlığı (profisit) yaranıb. Bu barədə məlumat  “2016-cı il dövlət büdcəsinin icrası  haqqında” qanun layihəsində qeyd olunub. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcədə 9262,9 milyon manat kəsir qeydə alınıb. Bu da 2016-cı ildə istehsal olunmuş ÜDM-in 15,3 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 6,0 faiz-bənd, 2015-ci ilə nisbətən isə 3,6 faiz-bənd azdır.

"İslamiada Rio Olimpiadasından daha yüksək səviyyədə keçirilib"

23 May 2017 17:13

"Bakıda 4-cü İslam Həmrəyliyi Oyunları uğurla baş tutdu. Bu Oyunlar bəlkə Riodakı Olimpiadadan daha yüksək səviyyədə keçirilib". Bunu İdman və Gənclər naziri Azad Rəhimov mayın 12-dən 22-dək Bakıda keçirilmiş 4-cü İslam Həmrəyliyi Oyunlarının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Oyunlarda  75-i qızıl olmaqla ümumilikdə 162 medal qazanan idmançılarımız yüksək nailiyyət əldə ediblər.

Vergi orqanlarına işə qəbul olunmuş kadrlarla görüş keçirilib

23 May 2017 17:07

May ayının 23-də Vergilər Nazirliyində vergi orqanlarına işə qəbul edilmiş gənc kadrlarla görüş keçirilib. Vergilər nazirinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov işə yeni qəbul olunmuş gəncləri təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb. İnsan resurslarının idarə olunmasının Vergilər Nazirliyi rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlandığını vurğulayan nazirin 1-ci müavini əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizdə aparılan iqtisadi siyasət, onun tərkib hissəsi olan vergi siyasəti, həyata keçirilən vergi islahatları barədə görüş iştirakçılarına məlumat verib.

Biznesmen nişanlısından Aygünə 2 milyonluq TOY HƏDİYYƏSİ - ŞOK 

23 May 2017 17:05

Bu gün paytaxt restoranlarının birində toyu çalınacaq xalq artisti, 50 yaşlı muğam ifaçısı Aygün Bayramovaya toy ərəfəsində sürprizlə qarşılaşıb. Belə ki, nişanlısı İran vətəndaşı, “KÖHEL” avtomobi zavodunun sahibi Fəraməz Gərmrudi ona adınalayiq toy hədiyyəsi edib.

Ankarada AKP-nin qurultayında qətliam hazırlayan İŞİD-çi Qusar sakinidir

23 May 2017 17:02

Ankarada mayın 21-nə keçən gecə polislə atışmada öldürülən iki İŞİD-çi də Azərbaycan vətəndaşlarıdır. Onların kimlikləri hələ açıqlanmayıb. Bununla belə terrorçuları Ankaraya aparan və daha sonra İstanbula qayıdarkən yaxalanan digər İŞİD üzvünün Azərbaycan vətəndaşı Abhüseyn Cəlilov olduğu açıqlanıb. O, Qusar rayonunun Yasab kəndinin sakinidir, 1993-cü ildə anadan olub. NTV telekanalı terrorçunun sürücülük vəsiqəsinin fotosurətini yayıb.

Ruhani İlham Əliyev və İran-Azərbaycan münasibətləri haqda

23 May 2017 17:00

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir və qonşu dövlətlərlə yaxşı əlaqələr qurub. Bunu mayın 22-də İran Prezidenti Həsən Ruhani prezident seçildikdən sonra keçirdiyi ilk mətbuat konfransında deyib.

Bakıda qadınlar arasında kütləvi dava

23 May 2017 16:57

Bakıda qadınlar arasında dava dalaş olub. Hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. Həmin qəsəbənin sakini olan 43, 42 və 41 yaşlı qadınlar eyni vaxtda bir-birliərindən şikayət ərizəsi ilə polisə müraciət ediblər. Məlum olub ki, onlar məişət zəminində dalaşıblar və bir-birilərinə xəsarət yetiriblər. Araşdırma aparılır. 

Azərbaycanda siyasi plüralizm yüksək səviyyədə təmin olunmaqdadır

23 May 2017 16:46

Siyasi plürlizmin hökm sürdüyü demokratik ölkələrdə sərbəst toplaşmaq azadlığı nisbi hüquqlar sisteminə daxil edilib. Məlumdur ki, dövlət quruluşundan asılı olmayaraq hər bir demokratik dövlətin konstitusiyasında sərbəst toplaşmaq azadlığını təmin edən müddəa əsas etibarilə insan hüquq və azadlıqları bölməsində digər hüquq və azadlıqlarla yanaşı qeyd edilir.

Məzarlığın çəpərini oğurlayan saxlanıb

23 May 2017 16:45

Mayın 12-də Cəlilabad rayonunun Günəşli kəndindəki qəbiristanlıqda məzarlardan birinin ətrafına çəkilmiş alüminiumdan olan çəpər oğurlanıb. DİN-dən verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Günəşli kənd sakini Tural Vəliyev tutulub. Faktla bağlı araşdırma aparılır. 

Yaralı xilas edildi, təqsirkar saxlanıldı

23 May 2017 16:41

Mayın 21-də axşam saatlarında Xəzər rayonunun Qala  qəsəbəsindəki "Stansiya" adı ilə tanınan ərazidən keçənlər iki nəfərin mübahisəsinə ayaq saxlamalı olublar. Qısa mübahisə əlbəyaxa davaya çevrilib və tərəflərdən birinin digərinə bıçaq zərbəsi vurması ilə nəticələnib. Hadisəni törədən isə qaçıb aradan çıxıb.  Ətrafa toplaşanlar təşviş içində nə edəcəklərini bilmirdilər.

Vüqar Rəhimzadə: "Həyatımın ən yaddaqalan anı ümummilli liderimiz Heydər Əliyevlə ilk görüşdüyüm gün olub"

23 May 2017 16:35

May ayının 24-də məşhur “91-lər”dən biri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Rəhimzadənin 50 illik yubileyidir. Bu münasibətlə yubilyar APA-ya müsahibə verib.

Tansu Çillər məhkəməyə məcburi gətiriləcək

23 May 2017 16:24

Ankara Ağır Cinayətlər Məhkəməsi Türkiyənin keçmiş baş naziri Tansu Çillərin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib. O, 1997-ci il fevralın 28-də dövlət çevirilişinə cəhd məsələsi üzrə dindiriləcək. Sabiq baş nazirin şahid qismində ifadə verəcəyi məhkəmə prosesi iyulun 18-ə təyin olunub.

"İŞİD gəlinləri" Suriya və İraqdan dul kimi qayıdırlar

23 May 2017 16:22

"The Telegraph" qəzeti yazır ki, Suriya və İraqda döyüşən islamçılarla evlənmək üçün oralara getmiş Britaniya qadınları ata evinə, yəni vətənə qayıdrılar. Onlardan bəziləri dul qalıb, bəzilərini isə İslam Dövləti adlanan təşkilat üçün son döyüşə hazırlaşan ərləri göndərib.

SHXÇDX dövlət qulluğu kateqoriyasına daxil edilir

23 May 2017 16:18

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti dövlət qulluğu kateqoriyasına daxil edilir.“Olaylar” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə “Dövlət qulluğu haqqında” qanunun 2-ci (Dövlət qulluğu) maddəsinə əlavə təklif edilir. Əlavəyə görə, maddədə dövlət qulluğu növü siyahısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də əlavə edilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 31-də müzakirəyə çıxarılacaq.

Dəyanət Rzayevin intiharına görə başlanmış cinayət işinə xitam verildi- RƏSMİ AÇIQLAMA

23 May 2017 16:16

Tanınmış psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı başlanmış cinayət işinə xitam verilib. “Olaylar” xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. “Dəyanət Rzayevin intihar etməsi faktı ilə Yasaml Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə icraata xitam verilib”.