Gündəm

Dövlət başçısı: "Sovet dövründə ağlımıza gəlməzdi ki, Azərbaycan idmançıları bu qədər medal qazanacaqlar"

23 May 2017 16:13

“Bizim uğurlarımızı əldə edən idmançılar müstəqillik dövründə yetişiblər. Bir çoxları müstəqillik dövründə doğulublar, müstəqillik illərində bu nailiyyətlərə gəlib çıxıblar. Bu, bir daha onu göstərir ki, müstəqillik bizim ən böyük sərvətimizdir”.

Azərbaycan prezidenti: “Bu qələbə təsadüfi qələbə deyil”

23 May 2017 16:10

"Bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti artır. Əlbəttə, biz hamımız yaxşı bilirik ki, bu qələbə təsadüfi qələbə deyil. Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır”.

Prezident: "IV İslam Həmrəyliyi Oyunlarından sonra Azərbaycana turist axını artacaq"

23 May 2017 16:09

“Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycana gələn turistlərin sayı milyonlarla ölçülür. IV İslam Həmrəyliyi Oyunlarından sonra ölkəmizə daha çox turist axını olacaq”.

Mogerini: "Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapmalıdır"

23 May 2017 16:06

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dayanıqlı deyil". Bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla Brüsseldə keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Azərbaycan prezidenti: “Siyasətimiz ondan ibarətdir ki, müsəlman ölkələri arasında ixtilaflara, müharibələrə son qoyulsun”

23 May 2017 16:04

“Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi. Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun”. Bunu Azərbaycan prezidenti İlham Əliyev“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş ölkə idmançıları, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. 

Hikmət Hacıyev: “Rusiyanın dövlət informasiya agentliyində belə bir yazıya yer verilməsi ciddi sual doğurur”

23 May 2017 16:00

“Azərbaycanın qonşu dövlətlərlə münasibətlər qurması məsələsində kiminsə, xüsusən erməni əsilli Qevorq Mirzəyan adlı şəxsin şübhəli, ədəbsiz şərhinə və təhlilinə ehtiyacı yoxdur”. Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Qevork Mirzəyan adlı müəllifin Rusiyanın “RİA Novosti” (ria.ru) informasiya agentliyində dərc edilmiş “Кавказский псевдотриумвират: почему не будет оси Баку — Тбилиси — Анкара” adlı məqaləsi ilə bağlı deyib.

Uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizəyə dair maarifləndirmə tədbiri keçirilib

23 May 2017 15:56

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair növbəti maarifləndirmə tədbiri Lənkəran şəhərində keçirilib. “Uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə” mövzusunda təşkil olunan seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin  9 saylı region (Lənkəran, Lerik və Astara) üzrə Dövlət Əmək Müfəttişliyinin, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, qeyd olunan rayonların təhsil şöbələrinin, Lənkəran rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin, ayrı-ayrı işəgötürənlərin nümayəndələri, bir sıra orta məktəblərin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.

ELS yeni layihəyə başladı

23 May 2017 15:54

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” adlı layihəyə start verib. Birlikdən verilən məlumata görə, layihənin məqsədi ilk peşə təhsilinə marağın artırılması, regionda peşə və orta məktəb əlaqələrinin təkmilləşdirilməsi, regionda mövcud uğurlu sənətkarların fəaliyyətinə dair videoçarxların çəkilməsi, icma üzvlərinin peşələrə münasibətində dönüşün yaradılmasına nail olmaqdır.

“Elba” MMC rəhbərliyi tərəfindən yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir

23 May 2017 15:50

Bir sıra kütləvi informasiya vasitələrində (KİV) “Elba” MMC-nin direktoru Mətanət Məmmədova tərəfindən guya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX)  Göygöl və Daşkəsən rayon Baytarlıq İdarələri tərəfindən onların Daşkəsəndəki kəsim kompleksində yoxlama aparılmasına, Xidmətin və onun qurumları tərəfindən “Elba” MMC-yə qarşı qərəzli münasibət olmasına dair əsassız məlumat yayılmışdır.

Balakəndə 1 ton yararsız at əti satan şəxslər tutulub

23 May 2017 15:44

Balakəndə at əti satan şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Balakən rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satılması barədə əməliyyat məlumatı daxil olub.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq

23 May 2017 15:41

Mançesterdə baş vermiş terror aktı nəticəsində dünyasını dəyişənlərin xatirəsini yad etmək üçün Böyük Britaniyanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq.

Dövlət Komitəsi Hesablama Palatasının qərarını nəzərə almayıb

23 May 2017 15:34

Keçən il dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) üzrə  qaçqınlar və məcburi köçkünlərə verilən müavinətlər və kommunal xidmətləri haqqının ödənilməsi məqsədilə funksional bölmənin “Sosial müdafiə” köməkçi bölməsinə 224390,9 min manat (2015-ci il ilə müqayisədə 100 min manat az) xərc təsdiq edilib.

Azərbaycanlı cərrah Fərman Ceyranlı Gürcüstanda saxlanılıb

23 May 2017 15:32

Tanınmış azərbaycanlı cərrah, professor Fərman Ceyranlı Gürcüstanda saxlanılıb. Bu barədə Gürcüstan İctimai Televiziyası məlumat yayıb. Gürcüstan mətbuatında gedən məlumatlardan aydın olur ki, F. Ceyranlının rəhbərlərindən biri olduğu “Lanset” klinikası ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Müraciətdə klinikada qanunsuz transplantasiya əməliyyatının icra edildiyi və bu əməliyyatlar zamanı iki nəfərin öldüyü bildirilib.

Mançesterdə daha bir partlayış

23 May 2017 15:31

Dünən terror aktı ilə sarsılan Mançesterdə daha bir partlayış baş verib.“Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, insanlar “Arndale” ticarət mərkəzində partlayış səsini eşitdiyini bildiriblər.

Millət vəkili məktəblilərlə görüşüb

23 May 2017 15:27

Təhsil Nazirliyi və Azərbaycan Kikboksinq Federasiyasının birgə həyata keçirdiyi “Sağlam həyat, sağlam gələcək” devizi altında layihə davam edir. “OLAYLAR”-ın xəbərinə görə, layihə çərçivəsində bu gün Nəsimi rayonunda yerləşən Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Məktəbin direktoru Sevinc Budaqova bugünkü tədbirin ölkəmizdə keçirilən IV İslam Oyunlarının bağlanış mərasiminə təsadüf etdiyini diqqətə çatdırıb.