Millət vəkili məktəblilərlə görüşüb
Təhsil Nazirliyi və Azərbaycan Kikboksinq Federasiyasının birgə həyata keçirdiyi “Sağlam həyat, sağlam gələcək” devizi altında layihə davam edir. “OLAYLAR”-ın xəbərinə görə, layihə çərçivəsində bu gün Nəsimi rayonunda yerləşən Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Məktəbin direktoru Sevinc Budaqova bugünkü tədbirin ölkəmizdə keçirilən IV İslam Oyunlarının bağlanış mərasiminə təsadüf etdiyini diqqətə çatdırıb.
23 May 2017 15:27 SosialTəhsil Nazirliyi və Azərbaycan Kikboksinq Federasiyasının birgə həyata keçirdiyi "Sağlam həyat, sağlam gələcək" devizi altında layihə davam edir. "OLAYLAR"-ın xəbərinə görə, layihə çərçivəsində bu gün Nəsimi rayonunda yerləşən Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Məktəbin direktoru Sevinc Budaqova bugünkü tədbirin ölkəmizdə keçirilən IV İslam Oyunlarının bağlanış mərasiminə təsadüf etdiyini diqqətə çatdırıb. Sevinc Budaqova bu əlamətdar gündə məhz idmana yönəlik tədbirin 46 nömrəli tam orta məktəbdə keçirilməsini yüksək qiymətləndirib və fəxarət hissi duyduqlarını vurğulayıb. Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev çıxış edərək təhsil ocaqlarında sözügedən layihəni həyata keçirməkdə əsas məqsədin gənc nəsildə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi olduğunu bildirib. Adil Əliyev qeyd edib ki, hazırda hər bir azərbaycanlının ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir: "Azərbaycanın 20 faiz torpaqları hələ də düşmən əsarətindədir və ölkəmiz müharibə şəraitində yaşayır. Belə bir zamanda vətənpərvərliyin daha da geniş formatda təbliğ olunması olduqca vacib amildir. Biz tarixi, əzəli torpaqlarımızı işğaldan azad edincəyə qədər mübarizəmizi davam etdirəcəyik. Ona görə də hesab edirəm ki, uşaqlarımızı bu yöndə hazırlamalı, Ali baş komandanımız İlham Əliyevin apardığı uğurlu daxili, xarici siyasəti dəstəkləməklə yanaşı, daim onun ətrafında sıx birləşərək dövlətçiliyimizi qoruyaraq gələcək nəsillərə ötürməliyik".