Gündəm

“Qocalar evi”nin sakinlərinin tibbi müayinəsi

23 May 2017 15:24

Səhiyyə Nazirliyinin Ş.M.Həsənov adına “Sağlamlıq sahəsi” poliklinikasının heriatrlardan ibarət həkim briqadası Bilgəh qəsəbəsində yerləşən “Qocalar evi”nin sakinlərinin tibbi müayinəsini həyata keçirib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, bütün sakinlərə həkim-heriatr tərəfindən tibbi baxış keçirilmiş, laborator müayinə, elektrokardioqrafik müayinə və ultrasəs müayinəsi aparılmış və dar ixtisas həkimlərinin konsultasiyaları təşkil olunmuşdur. Aparılan müayinələr nəticəsində ahıl insanlarda aşkar olunan xəstəliklərə uyğun müalicə təyin olunub.

Şahin Mustafayev: “Dövlət başçısının ölkəmizdə özəl bölmənin inkişafına diqqət və qayğısı nəticəsində əlverişli investisiya mühiti yaradılıb”

23 May 2017 15:23

Mayın 23-də Bakı Biznes Mərkəzində aidiyyəti dövlət qurumlarının iştirakı ilə Ələt Azad Ticarət Zonasının yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış hesabatın təqdimatı keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə özəl bölmənin inkişafına böyük diqqət və qayğısı nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılıb, Azərbaycanın nəqliyyat, tranzit və logistika imkanlarının genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib, iri infrastruktur layihələri icra edilib və hazırda yeni layihələr həyata keçirilir.

“Çilov” yatağında yeni quyu qazılır

23 May 2017 15:19

“Çilov” yatağındakı 112 saylı özüldən 117 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görıə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1550 metrdir. Quyuda istismar işləri “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək

Mübariz Qurbanlı Ağdamda vətəndaşlarla görüşüb

23 May 2017 15:18

Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Quzanlı qəsəbəsində Ağdam, Ağcabədi və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.

Azərbaycan prezidenti: “Bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir”

23 May 2017 15:16

“IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri möhtəşəmliyi ilə fərqləndi. Bu, ölkəmizin imkanlarını və istedadını bütün dünyaya nümayiş etdirdi”. Bunu Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib. 

Prezident: “İslam Həmrəyliyi Oyunları Azərbaycanda aparılan siyasətin bəhrəsini verdiyini nümayiş etdirdi"

23 May 2017 15:10

“Bakı-2017 dördüncü İslam Həmrəyliyi Oyunları uğurla keçib. Azərbaycan bu oyunlarda növbəti qələbə qazandı”. Bunu Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş ölkə idmançıları, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. 

Qadının həyətində xaş-xaş kolları aşkar edilib

23 May 2017 15:07

Astara şəhər sakininə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 25 ədəd xaş-xaş kolları aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini Gülü Şiriyevaya məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 25 ədəd xaş-xaş kolları aşkar edilərək götürülüb. Bundan başqa Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Könüllü kənd sakini Abil Abbasova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 81 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Daha 2 dövlət müəssisəsi özəlləşdirilib

23 May 2017 15:05

Əmlak Məsələləri Dövlət Komitəsi 23 mayda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib. Bu dəfəki hərracda 2 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi və 1 nəqliyyat vasitəsi özəlləşdirilib. Komitədən “Olaylar”a verilən mlumata görə, qeyri-yaşayış sahələrinin 1-i paytaxtda, 2-si isə regionlarda yerləşir. 

Parlamentin son iclasının gündəliyi bəlli oldu

23 May 2017 15:04

Milli Məclisin mayın 31-də təyin olunmuş yaz sessiyasında son iclasının gündəliyi təsdiq edilib. “Olaylar” xəbər verir ki, iclasın gündəliyinə 41 məsələ daxildir. Bunlar Azərbaycanın “2016-cı il üzrə dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin ratifikasiyası, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında”, “Diplomatik xidmət haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Haqsız rəqabət haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və digər bir sıra qanunlara, o cümlədən Vergi, Torpaq, Əmək məcəllələrinə dəyişikliklər, “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsidir.

Ekspert: "Azərbaycan yeni zirvədə olduğunu göstərdi"

23 May 2017 15:01

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla təşkil edərək yenidən öz yüksək səviyyəsini nümayiş etdirib. Bunu "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

Poliklinikalar pullu xidmət göstərə biləcək

23 May 2017 14:58

Azərbaycanda qanunvericiliyin tələbinə uyğun olaraq, bütün dövlət tibb müəssisələri publik hüquqi şəxs olacaq. Bunu  Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri protokol imzaladı

23 May 2017 14:42

Mayın 23-də Batumi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri cənab Levan İzoria və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Fikri İşık arasında üçtərəfli formatda görüş keçirilib.

AzTU Rusiyanın 4 universiteti ilə əməkdaşlığa başladı

23 May 2017 14:42

Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının II Forumu çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) üçün yeni əməkdaşlıq imkanları yaranıb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, forumda AzTU Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Natiq Əhmədov Rusiya universitetlərinin təmsilçiləri ilə faydalı görüşlər keçirib və 4 ali təhsil müəssisəsiilə əməkdaşlıq müqaviləsi imzalanıb.

ÜAK-ın ləğvinə Rusiyanın özündən etiraz gəldi

23 May 2017 14:39

Rusiya Dövlət Sosial Universiteti Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə ünvanlanmış müraciət yayıb. “OLAYLAR”-ın xəbərinə görə, bəyanatda bildirilir ki, Rusiya Dövlət Sosial Universiteti 10 ildən artıqdır Ümumrusiya Azərbaycan Konqresi ilə əməkdaşlıq edir. Bu illər ərzində sıx dostluq və işgüzar münasibətlərin inkişafı, mədəni, elmi və mənəvi əlaqələrin qurulması istiqamətində ÜAK-la birgə xeyli işlər görülüb.