Şahin Mustafayev: “Dövlət başçısının ölkəmizdə özəl bölmənin inkişafına diqqət və qayğısı nəticəsində əlverişli investisiya mühiti yaradılıb”

Mayın 23-də Bakı Biznes Mərkəzində aidiyyəti dövlət qurumlarının iştirakı ilə Ələt Azad Ticarət Zonasının yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış hesabatın təqdimatı keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə özəl bölmənin inkişafına böyük diqqət və qayğısı nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılıb, Azərbaycanın nəqliyyat, tranzit və logistika imkanlarının genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib, iri infrastruktur layihələri icra edilib və hazırda yeni layihələr həyata keçirilir.

Mayın 23-də Bakı Biznes Mərkəzində aidiyyəti dövlət qurumlarının iştirakı ilə Ələt Azad Ticarət Zonasının yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış hesabatın təqdimatı keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə özəl bölmənin inkişafına böyük diqqət və qayğısı nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılıb, Azərbaycanın nəqliyyat, tranzit və logistika imkanlarının genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib, iri infrastruktur layihələri icra edilib və hazırda yeni layihələr həyata keçirilir. Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Limanı Kompleksinin tikintisi, Bakı Gəmiqayırma Zavodunun uğurlu fəaliyyəti, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması, Şimal-Cənub dəhlizinin inkişafı istiqamətində görülən işlər, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihələri buna əyani misallardır: "Ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri ilə yanaşı, Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarını cəlb edilməsi istiqamətində mühüm tədbirlər görülür. Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən görülmüş işlər sayəsində yükdaşıyıcıları üçün keçid prosedurları sadələşdirilib, gediş-gəliş xərcləri təqribən 40 faizədək aşağı salınıb ki, bunun nəticəsi olaraq 2017-cı ilin 1-ci rübündə ölkəmizin ərazisindən 7500 TIR keçib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 50% çoxdur. 2016-cı ilin 1-ci rübü ilə müqayisədə bu ilin 1-ci rübündə yükdaşımalar ümumilikdə 26% artıb, qeyri-neft məhsullarında isə 50% artım müşahidə olunub. Bu ilin 1-ci rübündə ölkə ərazisindən 3 milyon ton yük daşınıb. Limanın birinci fazası üzrə işlər tamamlandıqdan sonra yükaşırma qabiliyyəti 15 milyon tona çatdırılacaqdır". Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov Limanın ölkə iqtisadiyyatında əhəmiyyəti, tranzit potensialının artırılması imkanları barədə məlumat verib. Sonra "Economic Zones World FZE" şirkəti tərəfindən hazırlanmış hesabatın təqdimatı keçirilib. Tədbirdə "Azad zonalar haqqında" Qanun layihəsi, beynəlxalq təcrübə üzrə müqayisəli təhlil, Tənzimləmə və Əməliyyat Modeli, Baş Planının təsviri konsepsiyası və s. barədə hesabat təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31