ÜAK-ın ləğvinə Rusiyanın özündən etiraz gəldi
Rusiya Dövlət Sosial Universiteti Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə ünvanlanmış müraciət yayıb. “OLAYLAR”-ın xəbərinə görə, bəyanatda bildirilir ki, Rusiya Dövlət Sosial Universiteti 10 ildən artıqdır Ümumrusiya Azərbaycan Konqresi ilə əməkdaşlıq edir. Bu illər ərzində sıx dostluq və işgüzar münasibətlərin inkişafı, mədəni, elmi və mənəvi əlaqələrin qurulması istiqamətində ÜAK-la birgə xeyli işlər görülüb.
23 May 2017 14:39 SiyasətRusiya Dövlət Sosial Universiteti Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə ünvanlanmış müraciət yayıb. "OLAYLAR"-ın xəbərinə görə, bəyanatda bildirilir ki, Rusiya Dövlət Sosial Universiteti 10 ildən artıqdır Ümumrusiya Azərbaycan Konqresi ilə əməkdaşlıq edir. Bu illər ərzində sıx dostluq və işgüzar münasibətlərin inkişafı, mədəni, elmi və mənəvi əlaqələrin qurulması istiqamətində ÜAK-la birgə xeyli işlər görülüb. Bəyanatda həmçinin vurğulanır ki, ictimai təşkilat olan ÜAK-ın yaradılması Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin adı ilə bağlıdır, 2004-cü ildə ÜAK-ın II Qurultayında Rusiya Federasiyasinin Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. "ÜAK-ın qeydiyyatı, təşkilatın gələcək taleyi ilə əlaqədar öz narahatlığımızı ifadə edirik. Belə təşkilatların fəaliyyəti Rusiya və Azərbaycan xalqı arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi, habelə Azərbaycan diasporunun Rusiyanın ictimai həyatında layiqli iştirakı üçün zəruridir" - deyə bəyanatda bildirilir.