Parlamentin son iclasının gündəliyi bəlli oldu

Milli Məclisin mayın 31-də təyin olunmuş yaz sessiyasında son iclasının gündəliyi təsdiq edilib. “Olaylar” xəbər verir ki, iclasın gündəliyinə 41 məsələ daxildir. Bunlar Azərbaycanın “2016-cı il üzrə dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin ratifikasiyası, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında”, “Diplomatik xidmət haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Haqsız rəqabət haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və digər bir sıra qanunlara, o cümlədən Vergi, Torpaq, Əmək məcəllələrinə dəyişikliklər, “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsidir.

Milli Məclisin mayın 31-də təyin olunmuş yaz sessiyasında son iclasının gündəliyi təsdiq edilib. "Olaylar" xəbər verir ki, iclasın gündəliyinə 41 məsələ daxildir. Bunlar Azərbaycanın "2016-cı il üzrə dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi, Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin ratifikasiyası, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında", "Diplomatik xidmət haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Haqsız rəqabət haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" və digər bir sıra qanunlara, o cümlədən Vergi, Torpaq, Əmək məcəllələrinə dəyişikliklər, "İşsizlikdən sığorta haqqında" qanun layihəsinin müzakirəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31