Mübariz Qurbanlı Ağdamda vətəndaşlarla görüşüb

Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Quzanlı qəsəbəsində Ağdam, Ağcabədi və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.

Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Quzanlı qəsəbəsində Ağdam, Ağcabədi və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib. "OLAYLAR"-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyublar. Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 20-dək vətəndaşın müraciətinə baxılıb. Vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar bu icmalara vəsaitlərin ayrılması, məscidlərin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Vətəndaşlar yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31