"İslamiada Rio Olimpiadasından daha yüksək səviyyədə keçirilib"
"Bakıda 4-cü İslam Həmrəyliyi Oyunları uğurla baş tutdu. Bu Oyunlar bəlkə Riodakı Olimpiadadan daha yüksək səviyyədə keçirilib". Bunu İdman və Gənclər naziri Azad Rəhimov mayın 12-dən 22-dək Bakıda keçirilmiş 4-cü İslam Həmrəyliyi Oyunlarının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Oyunlarda 75-i qızıl olmaqla ümumilikdə 162 medal qazanan idmançılarımız yüksək nailiyyət əldə ediblər.
23 May 2017 17:13 İdman"Bakıda 4-cü İslam Həmrəyliyi Oyunları uğurla baş tutdu. Bu Oyunlar bəlkə Riodakı Olimpiadadan daha yüksək səviyyədə keçirilib". Bunu İdman və Gənclər naziri Azad Rəhimov mayın 12-dən 22-dək Bakıda keçirilmiş 4-cü İslam Həmrəyliyi Oyunlarının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Oyunlarda 75-i qızıl olmaqla ümumilikdə 162 medal qazanan idmançılarımız yüksək nailiyyət əldə ediblər.
Nazir qeyd edib ki, Oyunlar ərzində təhlükəsizliklə bağlı heç bir insident qeydə alınmadı. Açılış mərasimi günü nəqliyyatla bağlı kiçik problemlər olsa da, Bağlanış mərasimi günü hər şey qaydasında oldu. Yarış məkanlarında heç bir problem qeydə alınmayıb, yarışlar yüksək səviyyədə baş tutub. Nazir həmçinin Oyunları geniş işıqlandırdığına görə jurnalistlərə təşəkkür edib.