Cinayətkar dəstə üzvü olan Türkiyə millisinin futbolçusu azadlığa buraxıldı

Bu gecə İstanbulda Türkiyəyə qeyri-qanuni yollarla lüks avtomobil gətirən və sənədləri saxtalaşdıran cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı saxlanılan 46 şəxs arasında "Fənəbağça" və Türkiyə millisinin futbolçusu Ozan Tufanın da olduğu barədə məlumat vermişdik.

Bu gecə İstanbulda Türkiyəyə qeyri-qanuni yollarla lüks avtomobil gətirən və sənədləri saxtalaşdıran cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı saxlanılan 46 şəxs arasında "Fənəbağça" və Türkiyə millisinin futbolçusu Ozan Tufanın da olduğu barədə məlumat vermişdik.  Təcridxanada gecələyən ulduz futbolçu həbsdə çox qalmayıb. Türkiyənin ən istedadlı gənc futbolçularından hesab edilən Ozan Tufan sərbəst buraxılıb. Bu da futbolçunun təcridxanadan azadlığına yenidən qovuşduğu anın fotoları.

Qeyd edək ki, təhlükəsizlik xidmətinin açıqlamasına görə, cinayətkar dəstənin üzvlərinin sayı hələlik 101 nəfər göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31